Pişik 14 il sonra sahibinə geri döndü

Pişik 14 il sonra sahibinə geri döndü
19 Mar 2018 14:05


ABŞ-da sahib 14 il ayrılıqdan sonra pişiyini tapıb.

realpress.az-ın verdiyi məlumata görə, qovuşma haqqında “USA Today” nəşriyyatı yazıb.

Florida ştatının Fort-Pirs şəhərindən olan Perri Martin 14 il əvvəl Tomas Younger və ya T2 ləqəbli pişiyini itirib. Perri o vaxt dağıdıcı bir qasırğa səbəbindən başqa bir şəhərə köçmək məcburiyyətində qalıb.

O, özü ilə ev heyvanını götürüb, lakin köçdükdən sonra pişik qaçıb. Axtarış heç bir nəticə verməyib və sahib güman edib ki, Toması maşın vurub.

O vaxtdan bəri Perri bir neçə dəfə köçüb, lakin daha sonra məmləkətinə qayıdıb. Heyvan sığınacağının əməkdaşı Toması küçədən götürüb, sığınacağa göndərib və onun barəsində axtarış aparıb.

İşçilər çox təəccübləniblər ki, pişiyi 14 ildə heç kim götürməyib, baytarlara və ya sığınacaqlara göndərməyib.

Nəticədə, 60 yaşındakı Perriyə 16 il əvvəl pişiyin çipini çəkən baytar zəng edib və tapıldığını deyib. Adamın sözlərinə görə, “xoşbəxtlikdən göyün yeddinci qatında”dır, o, bütün bu illərdə pişiyin nə etdiyini bilmək istəyir:

“Heç olmasa, ona 15 dəqiqə danışmaq qabiliyyəti verilsəydi və o, başına gələnlər barədə danışmağı bacara bilsəydi, yaxşı olardı. Yəqin ki, o da məndən  soruşardı: “Ata, niyə mənim üçün qapını açmadın?”, – deyə sahibi bildirib.

Əvvəlcə pişik qida və sudan imtina edib və günün çox vaxtını yatıb. Lakin sahibi ilə qovuşmasından on gün sonra heyvan yavaş-yavaş onu xatırlamağa başlayıb:

“Mən mütləq elə edəcəyəm ki, o, ömrünün sonuna kimi rahat yaşasın. Onun sümükləri çıxır və 18 yaşındadır, amma hələ də mənim T2-dir”, - deyə Perri bildirib.


23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.