Messi: “Bu dəfə də dünya çempionu ola bilməsək...”

Messi: “Bu dəfə də dünya çempionu ola bilməsək...”
19 Mar 2018 12:20

Realpress.az report-a istinadən xəbər verir ki, bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın "Barselona" klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.

Argentina millisi 2014-cü il dünya çempionatının finalında Almaniya yığmasına, 2015 və 2016-cı illərdə isə Amerika Kubokunun həlledici matçlarında Çiliyə uduzub. 30 yaşlı forvard deyib ki, uğursuzluqlara rəğmən, kuboku qazanacanlarına inanır: "Bu cür oyunlara, ölkəmizin arzusunu həyata keçirə bilmədiyimizə görə çox ağlamışam. Görünür, üç final bizə kömək etməyib. Ancaq kuboku qaldıracağımıza inanıram".

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. Argentina millisi İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıb. Hazırda Lionel Messi ilə yanaşı, Serxio Aqüero, Qonsalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano kimi futbolçular 30-dan yuxarı yaşdadır. 


18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.