Yuxu rejiminə görə insanlar 3 qrupa bölünür: “bayquşlar”, “torağaylar” və “göyərçinlər” - Siz hansı qrupa aidsiniz?

Yuxu rejiminə görə insanlar 3 qrupa bölünür: “bayquşlar”, “torağaylar” və “göyərçinlər” - Siz hansı qrupa aidsiniz?
19 Mar 2018 11:40

Realpress.az saglamolun.az-a istinadən bildirir ki, bunun üçün hər kəs öz bioritmini müəyyən etməlidir. Bu nə deməkdir? Anadan olduğunuz gündən başlayaraq sizin həyatınız bioloji ritmlərə tabe olur. Bu anlamda bütün insanlar 3 qrupa bölünür: "bayquşlar", "torağaylar" və "göyərçinlər".

"Bayquşlar" gecələr oyaq qalır, səhərə yaxın yatmağa gedirlər. Bu qrupa daxil olanlar əsasən, yaradıcı insanlardır, onların beyninin sağ yarımkürəsi daha fəaldır.

"Torağaylar" səhərlər yuxudan tez qalxırlar və axşamlar da saat 10 radələrində yatmağa üstünlük verirlər. Bunlar analitiklər və məntiq adamlarıdır. Onlar beyinlərinin sol yarımkürəsindən gələn əmrlərlə idarə olunurlar.

"Göyərçinlər" isə aritmik adamlardır, yəni konkret ritmi olmayanlardır. Onlar istənilən rejimə asanlıqla uyğunlaşırlar və beyinlərinin hər iki yarımkürəsindən əmrlər alırlar.

Özünün hansı qrupa aid olduğunu bilmək üçün məzuniyyət və ya tətil zamanı öz rejiminə fikir ver. Rejimin yuxarıdakı təsvirlərdən hansına uyğun gələcəksə, o qrupa da aidsən.

Dövrlər üzrə yatmaq

Bu nə deməkdir? Biz hamızız dövrlər üzrə yatırıq. Hər bir dövr iki mərhələdən ibarətdir: Ağır dərin və sürətli paradoksal. İnsan sürətli paradoksal yuxu zamanı daha rahat oyana bilir. Əgər həmin dövr zamanı oyanmasanız, ikinci dövrə - ağır dərin yuxu dövrünə keçəcəksiniz. Bir dövr təxminən saat yarım çəkir. Sağlam adam üçün normal yuxu müddəti 3-5 dövrdən ibarətdir ki, bu da 5-8 saat çəkir.

Rejimi dəyiş

Bunu necə etməli? Səhərlər "torağay" kimi yuxudan oyana bilərsiniz, amma bunun üşün rejimi dəyişməyiniz lazımdır. Orqanizm üçün saatlar üzrə yaşamaq daha rahatdır. Rejimin pozulması və ya ümumiyyətlə, rejimsizlik insanı daimi tələskənlik halında saxlayır.

Ona görə də həyatını, yaşam tərzini qaydaya salmağa çalış. Bu proses 3 ay çəkə bilər və asan deyil. Amma zəhmətin hədər getməyəcək.

Buna necə nail olmalı: Səhər saat 6-da yuxudan oyan, gecə də saat 12-dən gec olmayaraq yatmağa get. İstirahət günlərində də eyni rejimə əməl et. Dünya dağılsa da, rejimini pozma. Əvvəl-əvvəl oyanmaq asan olmayacaq. Bütün prosesi asanlaşdırmaq üçün yatmazdan əvvəl 2-3 saat təmiz havada gəzintiyə çıx.

Həkimlər səhər yuxudan oyanan kimi günə gimnastika ilə başlamağı məsləhət görmürlər. Amma soyuq duş qəbul etmək yuxunuzun qalan hissəsini də qova bilər.

Bu qaydalara əməl etsən, 2-3 aydan sonra "torağaylar" kimi istənilən rejimə rahatlıqla uyğunlaşacaqsan.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.