Bakıda bayram günlərində “Bahar qalası” Novruz şənliyi təşkil olunacaq

Bakıda bayram günlərində “Bahar qalası” Novruz şənliyi təşkil olunacaq
19 Mar 2018 11:35

Realpress.az istinadla bildirir ki, Qoruq İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, “Bahar qalası” Novruz şənliyi İçərişəhərdə martın 20-dən 26-dək, Qala qoruğunda isə martın 20 və 21-də təşkil olunacaq. Şənliklərdə bir-birindən maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hər gün saat 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə təşkil olunacaq sərgidə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənətkarlar tərəfindən hazırlanmış əl işləri, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri təqdim olunacaq.

Bədii və tarixi personajlar, xalq və əfsanəvi qəhrəmanların canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.