Güləşçilərimizdən çağırış: Prezident seçkilərində cənab İlham Əliyevə səs verək - VİDEO

Güləşçilərimizdən çağırış: Prezident seçkilərində cənab İlham Əliyevə səs verək - VİDEO
19 Mar 2018 11:26

Realpress.az xəbər verir ki, AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı Olimpiya, Dünya, Avropa Çempionları və eləcə də gənc güləşçilər prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər. 

 Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Azərbaycanın sürətli, dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi idman sahəsində də özünü göstərib. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanın daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanıb. Dövlət başçısının xüsusilə güləş idman növünə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında daima ən yüksək pillələrdə qərarlaşır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər. 

AGF-nin 1-ci vitse prezidenti Firdovsi Umudov və çempionlarımız hər zaman Ali Baş Komandanın əmri ilə döyüşə hazır olduqlarını xüsusi vurğulayıblar. Firdovsi Umudov bildirib ki, ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz və əbədi birlik mövcuddur. Məhz bu birliyin sayəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr daima məğlubiyyətə düçar olublar və bundan sonra da onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər.

Sonda güləşçilərimiz aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini, İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bu məqsədlə Azərbaycan Güləş Federasiyası tərəfindən məşhur güləşçilərimizin iştirakı ilə hazırlanan videocarxda bütün idman ictimaiyyətini və xalqımızı prezident seçkilərində İlham Əliyevə səs verməyə səsləyən çağırışlar yer alıb.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.