Putinin prezident seçilməni manatı bahalaşdıracaq - PROQNOZ

Putinin prezident seçilməni manatı bahalaşdıracaq - PROQNOZ
19 Mar 2018 10:44

Realpress.az-in məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ABŞ yeni sanksiyalar siyahısını genişləndirir: 

 "Bu fondda rublun məzənnəsində cüzi də olsa azalmala müşahidə edilir. Fevrarlın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus pulundan keçmək lazımdır. Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollar ilə rubla olan təzyiqləri neytrallaşdırır. 

Moskvanın inzibati metodlar ilə rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görsənmir və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxt şəhərləri ilə münasibətlərini daha pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq. Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür".

Mütəxəssis hesab edir ki, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. V.Bayramov hesab edir ki, rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.