Əməkdar Artist Əyyub Quliyev Çində Beynəlxalq musiqi festivalında çıxış edib

Əməkdar Artist Əyyub Quliyev Çində Beynəlxalq musiqi festivalında çıxış edib
19 Mar 2018 10:10

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda Çinin tanınmış musiqi kollektivi - Siçuan Filarmonik Orkestri, Azərbaycan Əməkdar Artisti, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış ifaçılar - Kristof Kruaze (violonçel, İsveçrə), Mey Diyanq (viola, Çin), Kanon Matsuda (fortepiano, Yaponiya) və Yudjin Kavai (skripka, Yaponiya) iştirak ediblər. Festival "Musiqi Olimpi" Fondu (Sankt-Peterburq) və Siçuan simfonik orkestri tərəfindən təşkil olunub. Konsertlər Çendu şəhərinin ən böyük konsert zalı olan "Yunduan"da (İCON Yunduan) keçirilib. Martın 17 və 18-də reallaşan konsertlərdə dirijor Əyyub Quliyevin rəhbərliyi altında Siçuan Simfonik orkestri rəngarəng proqramla çıxış edib. Mosart, Hofmayster, Sen-Sans və Çaykovskinin instrumental əsərləri ilə yanaşı Bethoven, Sibelius və Lyu Quminqin (Çin) orkestr əsərləri də böyük maraqla qarşılanıb.

Konsertin sonunda dinləyicilərin istəyini nəzərə alaraq azərbaycanlı dirijor və Çin orkestri proqramdan əlavə Bramsın macar rəqslərini ifa edib.

Beynəlxalq festival martın 23-ə qədər davam edəcək.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.