Səs köməkçisinə malik ilk brauzer!

Səs köməkçisinə malik ilk brauzer!
19 Mar 2018 09:22

Realpress.az lent.az-a istinadən xəbər verir ki, artıq istifadəçilər səs vasitəsilə saytları və proqramları aça, hava proqnozunu, xəbərləri, valyuta məzənnələrini soruşa, sevimli mahnılarını qoşa, kompüteri söndürə və ya yenidən yükləyə bilər.

"İnsanlar səs texnologiyalarından ən müxtəlif vəziyyətlərdə istifadə edirlər: səslə marşrut müəyyənləşdirirlər, nəsə axtarırlar, koll-sentrlərin robotları ilə ünsiyyət saxlayırlar. Səsli idarəetmə insanın texnika ilə ən təbii və sadə ünsiyyət imkanlarından biridir. Ona görə də biz "Alisa"nı "Yandeks"in xidmətlərinə əlavə edirik. O, artıq smartfonlarda  milyonlarla insana kömək edir və indi kompüterlərdə də kömək edəcək. Gələcəkdə isə "Alisa" müxtəlif cihazlarda insanların əsl şəxsi köməkçisi kimi fəaliyyət göstərəcək", - deyə şirkətin destkop üzrə rəhbəri Roman İvanov bildirib.

Beləliklə, "Yandeks.Brauzer" səs köməkçisinə malik ilk brauzer olub.

"Alisa" neytron şəbəkə texnologiyası əsasında hazırlanan funksiyadır. O, improvizə qabiliyyətinə və öz xarakterinə malikdir. "Alisa" səs köməkçisi "Yandeks"in "Android" və iOS üçün əlavələrində, eləcə də "Windows"un yeni versiyasında əlçatandır.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.