Uşaqlar niyə gec dil açır? - Son dövrün qlobal problemi

Uşaqlar niyə gec dil açır? - Son dövrün qlobal problemi
17 Mar 2018 17:17

2 aylıqdan başlayaraq körpədə nitq səslərinin tələffüzü başlayır. Sonrakı aylarda nitq səslərini bir-ikihecalı sözlər, 1 yaşında isə sözlər əvəz edir.
Araşdırmalar göstərir ki, son illər uşaqlar arasında nitq gecikməsi hallarının sayı artıb. Xüsusilə də, 2-3 yaşlı körpələrdə nitq problemləri özünü daha qabarıq göstərir.

Realpress.az xəbər verir ki, bununla bağlı metbuat.az-a açıqlama verən pediatr Mehriban İbrahimova bildirib ki, uşaqların gec dil açmasının həm fizioloji, həm də patoloji səbəbi ola bilər:

"Fizioloji səbəb bir ailədə bir neçə dilin olmasıdır. Məsələn, ata rusdilli, ana Azərbaycandillidirsə uşağın qavramasında problem yarana bilər. Uşaq nə anlayırsa, onu da deyir. Belə olan halda uşağın danışmağı gecikir. Uşaqlarda əllərinin hərəkət mərkəzi ilə danışıq hərəkət mərkəzi bir-birinə qonşudur. Azyaşlıların tez dil açması üçün əllərin hərəkət mərkəzi mütləq işləməlidir. Məsələn, uşaq plastilinlə işləməli, kiçik oyuncaqlarla oynamalıdır. Bu zaman uşaqlar daha tez dil aça bilər.

Patoloji səbəb isə bətndaxili dövrdə, yəni hamiləlik zamanı ananın keçirdiyi infeksiyalarla bağlıdır. Ana hamilə olan zamanı onun keçirdiyi bətndaxili infeksiyalar beyin qatında zədə törədir. O zədənin səbəbiylə uşaq gec dil açır. Həmin uşaqlarda gec dil açmaqla yanaşı bəzi klinik əlamətlər də müşahidə olunur. Gec oturma, gec ayaq açma, gec diş çıxarma bura daxildir.

Gec dil açmaya zülaldan az istifadə də səbəb ola bilir. Daha sonra oksigen azlığı olan uşaqlar gec dil açır. Həmçinin, valideynlər uşağa az vaxt ayırdığı zaman, ünsiyyət olmadığına görə uşaq gec dil açır.

Uşağın tez dil açması üçün hər şeydən öncə onun eşitməsinə əmin olmaq lazımdır. Son zamanlar ölkə daxilində uşaqların eşitməsi ilə bağlı problemlər çox yayılıb. Uşağın gec danışmasının səbəbi dərindən araşdırılmalı, sonra nəticəsinə uğun müalicə aparılmalıdır. Bununla bağlı da pediatr və nevropatoloqa müraciət etmək lazımdır".

Nevroloq Aynur Zeynalova isə qeyd edir ki, 2-3 yaşlı körpələrində nitq gecikməsini görən valideynlər nevroloqa müraciət etməlidir:

"Bu, 9-30 aylıq uşaqlarda Autistik spektrum pozğunluğu üçün həyəcan siqnalı hesab edilir. Bu sindromun əlamətləri də belədir:

* Uşaq gülümsəməyə reaksiya verməz və ya sadəcə evdə tanıdığı insanlara bunu edər;

* Onunla danışdığınızda üzünüzə baxmaz və ya nadirən baxar, ailədə də həmişə belə olduğunu deyər;

* İstədiyi əşyaya əlini uzadaraq işarət edər, başqası ilə marağını paylaşmaz;

*Uşaqla ünsiyyət qurmaq mümkünsüzdür, yaxuda qısamüddətlidir;

* İşarət etdiniz əşyaya baxmaz, ancaq gözü önündə tutduğunuz əşyaya baxar;

* Adını çağırdıqda adama baxmaz;

* Uşaq 5 hərfdən basqa səs çıxarmaz (12 aydan böyük uşaqlar)".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.