Nəsimi rayonunda bıçaqlanma — Təfərrüat

Nəsimi rayonunda bıçaqlanma — Təfərrüat
17 Mar 2018 14:57

Realpress.az-a rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən artıq 1 nəfər saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Belə ki, ötən axşam "Nizami" Kino Mərkəzinin qarşısındakı 4 nəfər arasında mübahisə düşüb. Kafedə yeyib-içən zaman bir masada oturan 2 nəfərlə qarşı masada oturan şəxslər arasında mübahisə düşüb. Nəticədə çölə çıxan 4 nəfər arasında əlbəyaxa dava düşüb. Bu zaman Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.  Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri orta-ağırdır. 
Faktla bağlı Nəsimi RPİ-nin istintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.