Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan son illərdə sürətli inkişafı ilə beynəlxalq aləmdə diqqəti cəlb edir

Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan son illərdə sürətli inkişafı ilə beynəlxalq aləmdə diqqəti cəlb edir
17 Mar 2018 14:47

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə təsis edildiyini bildirib. O, rəhbərlik etdiyi qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətindən söz açıb, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Fondun prezidenti Qırğızıstana səfərlərini məmnunluqla xatırlayaraq, türkdilli ölkələr arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, son zamanlar türk dövlətlərində yüksək səviyyədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qırğızıstanda Dünya Köçəri Oyunları və digərlərinin tarixin, mədəni və mənəvi irsin, mədəniyyətin təbliği baxımından əhəmiyyətindən söz açıb.

Günay Əfəndiyeva türkdilli xalqların ümumi tarixi köklərə sahib olduğunu diqqətə çatdıraraq, Fondun məqsədləri, fəaliyyət istiqamətləri və Qırğızıstan da daxil olmaqla, bütün türk dünyasını əhatə edən layihələr barədə qonağa məlumat verib. O, Fond tərəfindən cari il üçün həyata keçirilməsi nəzərdə tutulan layihələr arasında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyinin qeyd edilməsinin planlaşdırıldığını bildirib.

Apas Jumagulov, öz növbəsində, Azərbaycanın son illərdə sürətli inkişafı və uğurlu xarici siyasəti ilə beynəlxalq aləmdə diqqəti cəlb etdiyini söyləyərək, VI Qlobal Bakı Forumu kimi beynəlxalq tədbirlərin dünyada qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açıb. O, ulu öndər Heydər Əliyev ilə işlədiyi illərdən danışaraq, onun nadir və bənzərsiz tarixi şəxsiyyət olduğunu qeyd edib, Ümummilli Liderin türk dünyası, türkdilli xalqlar ilə qurduğu sıx dostluq münasibətlərindən söhbət açıb.

Keçmiş Baş nazir, həmçinin mədəniyyət sahəsində həyata keçirilən müxtəlif tədbirlərin vacibliyini diqqətə çatdırıb. O, həmçinin Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğinə dair fəaliyyətini və perspektivlərini yüksək qiymətləndirib. Apas Jumagulov Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə görülən işlərə töhfə kimi dəyərləndirərək, qurumun gələcək layihələrinə dəstəyini bildirib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.