Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL

Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17 Mar 2018 11:24

Hipertoniyanı "hiyləgər xəstəlik" adlandırırlar. Bunun bir çox səbəbləri var. Hipertoniya uzun müddət ərzində simptomsuz, gizli inkişaf edir, əksər hallarda onun inkişafı səbəbini aşkar etmək məlum olmur, müalicəsi bir çox hallarda effekt vermir və ya müvəqqəti effekt verir. Bütün bunları nəzərə alaraq hipertoniyanın profilaktikasına daha çox diqqət etmək lazımdır. Profilaktik tədbirlər arasında: sağlam qidalanma, aktiv həyat tərzi, streslərdən qaçmaq, pis vərdişlərdən çəkinmək kimi tədbirlərdir.

Bəzi məhsullar var ki, onlar damarların sağlamlığını qoruyur, hipertoniyanın inkişafının riskini azaldır. Belə məhsullardan biri ucuz və əlçatan mərcidir.

Kanada alimləri sübut edir ki, mərcini qidalanmaya tez-tez daxil etməklə qan damarlarının sağlamlığını qorumaq, periferik qan dövranını yaxşılaşdırmaq, təzyiqi tənzimləmək mümkündür.

Realpress.az saglamolun.az-a istinadən bildirir ki, Manitoba Universiteti alimləri siçovullar üzərində aparılmış araşdırmanın nəticələrini "heyranedici" adlandırıblar.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.