Realpress.az Xəzər TV-yə istinadən məlumat verir ki, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.
Dadı turş, görünüşü də göz oxşayır. Amma bu alçanın 1 kiloqramının qiyməti 700 manatdır.
Market və bazarlarda mövsümü olmayan meyvələrə də rast gəlmək mümkündür. Qiymətləri isə yaya nisbətən xeyli fərqlənir.
Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.
Satıcıların sözlərinə görə, bayramdan sonra qiymətlər enə bilər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.