İran millisi ABŞ-a getməkdən imtina etdi

İran millisi ABŞ-a getməkdən imtina etdi
16 Mar 2018 14:30


İran ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunda iştirakdan imtina edib.

realpress.az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) İran yığmasının yarışa qatılmaycağını təsdiqləyib.

İmtinaya səbəb İranın Əhvaz şəhərində yunan-Roma güləşi üzrə dünya çempionatının keçirilməsinə icazənin verilməməsidir.

UWW dünya çempionatının yazda deyil, payızda baş tutmasını tələb edib. İran tərəfi isə bildirib ki, beynəlxalq və daxili yarışlar üçün təqvim təsdiqlənib və dəyişdirilə bilməz.

Qeyd edək ki, ABŞ-dakı Dünya Kuboku 7-8 apreldə keçiriləcək. İran yığması ABŞ, Gürcüstan və Yaponiya komandaları ilə A yarımqrupunda yarışmalı idi.

Azərbaycan millisi isə Kuba, Qazaxıstan və Rusiya kollektivləri ilə B yarımqrupunda yer alıb. Firdovsi Umudovun rəhbərlik etdiyi komanda aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Azərbaycan yığması ötənilki analoji yarışı III yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.