Cəmilə Tağızadə: Hər müsahibəmdən sonra ərimin eks-arvadı məni polisə verir

Cəmilə Tağızadə: Hər müsahibəmdən sonra ərimin eks-arvadı məni polisə verir
16 Mar 2018 11:22


Son zamanlar müsahibə verməkdən çəkinirəm. Çünki hər müsahibəmdən sonra həyat yoldaşımın eks-arvadı məni polisə verir. 

Bu sözləri realpress.az-a açıqlamasında Türkiyə vətəndaşlarına ərə gedən azərbaycanlı aktrisa Cəmilə Tağızadə deyib. 

O bildirib ki, həyat yoldaşı dörd il öncə boşanmasına baxmayaraq, onun keçmiş arvadı cütlükdən əl çəkmir:

“Ərimin keçmiş həyat yoldaşı ilə çəkişmələrimiz hələ də davam edir. Daha doğrusu, mən onunla çəkişmirəm. O bizdən əl çəkmir. Müsahibələrimdə onun fırıldaqçı və yalançı olduğunu demişəm.

Allah bizi şərdən, böhtandan qorusun. Onun da qarşısına normal bir insanın çıxmasını arzu edirəm. Bəlkə, başı yeni həyatına qarışa və bizdən əl çəkə.

Saytların birinə müsahibə vermişdim, gedib onu çıxartdırıb və polisə məndən şikayət edib. Prokurorluğa və polis şöbələrinə getməkdən bezmişəm. Allah mənə güc versin. Mənim vəziyyətimdə olan hər kəsə səbr və xoşbəxtlik arzu edirəm”.

Aktrisa şərhlərdə onu ailə dağıtmaqda ittiham edənlərə də cavab verib:

“Onlar dörd ildir boşanıblar, qadın hələ də əl çəkmir və həyatı bizə zəhər edir. Özünün də, bizim də həyatımızı korlayır. Yoldaşımı tanıyanda o artıq subay bir kişi idi Mən heç kimi ayırmamışam, ailəsini dağıtmamışam”. 

Qeyd edək ki, Cəmilə Tağızadə “Cehizsiz gəlinlər” serialı ilə populyarlıq qazanıb. O, ötən ilin avqust ayında türkiyəli estetik cərrah Murad Temizlə evlənib.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.