VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir: "...ölüm faizi yüksəkdir"

VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir: "...ölüm faizi yüksəkdir"
16 Mar 2018 10:30

Həkim bildirir ki, bu, ən qorxulu xəstəliklərdən olan kavasaki xəstəliyinin əlaməti ola bilər. Kavasaki koronar damarların (ürəyi qidalandıran damarların) zədələnməsi ilə yaranan sistemik bir xəstəlikdir: "Xəstəliyin səbəbi tam olaraq aydınlaşdırlmamışdır. Lakin infeksion mənşəli olması böyük ehtimaldır. Əsasən 5 yaşından kiçik uşaqlarda rast gəlinir. Xəstəlik ən az 5 gündən artıq çəkən və səbəbi açıqlanmayan qızdırma ilə başlayır. Qızdırma ilə bərabər gözlərdə qızarıqlıq (konyuktivit) müşahidə olunur. Bunlarla yanaşı xəstədə boyun limfa düyünlərində böyümə, boğazda şişkinlik, qızarıqlıq, quru, çatlamış, parlaq, şişkin dodaqlar, qırmızı dil (çiyələk dili), ətraflarda, gövdədə səpkilər, əllərdə və ayaqlarda şişkinlik və bundan bir müddət sonra barmaq uclarında soyulma əlamətləri müşahidə olunur".

A. Abdullaoğlu deyir ki, kavasaki xəstəliyinin ən ciddi əlaməti koronar damarlarda və ürəkdə baş verən dəyişikliklərdir - koronar anevrizma: "Xəstəliyin diaqnozu 5 gündən artıq çəkən, səbəbi açıqlanmayan və qızdırma salıcılarla düşürülməyən qızdırma və laborator göstəricilərə əsasən qoyulur. Xəstəliyin müalicəsi üçün xəstə mütləq xəstəxanaya yatırılmalıdır. Xəstələrə yüksək dozada damar daxili immunoqlobilinlər təyin olunur (IVIG). İmmunoqlobulin təyinindən sonra xəstənin temperaturu sürətlə düşür. Düzgün diaqnoz qoyulmuş və müalicə almış xəstələr sağalır və normal həyata dönür. Vaxtaşırı həkim müayinəsi tövsiyə olunur. Kavasaki xəstəliyinin təkrarlanması nadir hallarda mümkündür. Düzgün müalicə almamış xəstələrdə ölüm faizi yüksəkdir".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.