Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər

Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər
14 Mar 2018 17:04


Azərbaycanın Dağınıq Oda (ADO) teatrı dörd aydır ki, küçə tamaşaları keçirilməsi ilə bağlı çətinliklərlə qarşılaşıb.

realpress.az xəbər verir ki, bu haqda açıqlamanı teatrın özü yayıb. 

Teatrdan bildirilib ki, küçə tamaşaları etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciət edib:

“Rəsmi müraciətlərə bir neçə dəfə eyni qaydalı cavablar gəlib. Nazirlik deyib ki, bu işə meriya baxır, meriya isə deyir ki, bu məsələ nazirliyin səlahiyyətindədir. Lakin sonuncu müraciətdə meriya bildirdi ki, küçə performansına icazə verilməsi üçün nazirliyin rəyi olmalıdır”.

Teatrdan bildirilib ki, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ADO-ya gəlib və küçə tamaşaları silsiləsindən “Hamam” və “Qadın Səsi”ni izləyiblər.

Tamaşanı izləyən nazirliyin Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə tamaşalardan birinə “hə”, digərinə isə “yox” cavabını verib.

“Biz şifahi olaraq bildiririk ki, “Qadın Səsi” performansını küçədə nümayiş etdirə bilərsiniz. Lakin “Hamam” performansına icazə vermirik. Çünki aktrisa üstünə su tökəndən sonra paltar bədəninə yapışdı və alt paltarı göründü.

Bu performans Bakı üçün deyil. Meriya bizə zəng vursun, şifahi cavabımızı deyək”, - ADO-nun yaydığı bəyanata görə, teatr rəsmisi tamaşanın qadağa olunmasını belə əsaslandırıb.

Məsələ ilə bağlı realpress.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov bildirib ki, hər hansısa küçə tamaşasının nümayişinə icazə verilib-verilməməsi nazirliyin səlahiyyətində deyil:

“Yayılan məlumat haqqında xəbərimiz var. Bununla bağlı olaraq teatrın rəsmi müraciətinə cavab verilib. Bir daha deyirəm ki, bu məsələ bizim səlahiyyətlərimizə aid deyil və qanunvericilikdə öz əksini tapmayıb”.

ADO-nun yaydığı açıqlamada adı hallanan digər qurum olan Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Meriya rəsmisi isə bu barədə məlumatlı olmadıqlarını və məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmadığını bildirdi.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.