Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida

Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida
14 Mar 2018 16:40

Son tədqiqatlar isə göbələyin xərçəngə qarşı güclü vasitə olduğunu aşkara çıxarıb. Amma söhbət heç də bütün göbələk növlərindən getmir. Əslində göbələyin onkoloji xəstəliklərə qarşı immunitet yaratdığı əvvəldən bəlli idi. Amma son tədqiqatlar nəticəsində xərçəng xəstəliyini önləyən göbələk növü müəyyən edilib. Bu məhsuldan müntəzəm istifadə etmək onkoloji xəstəliklərdən qoruyur. Üstəlik, xərçəng xəstəliyini ilkin mərhələdə dayandıra da bilir.Mütəxəssislərin həyata keçirdikləri tədqiqatlar zamanı süd vəzisində xərçəng şişi olan qadınların gündəlik qida rasionuna şampinyon göbələyi əlavə edilib. Nəticələrə əsasən, xərçəng hüceyrələrinin artım sürəti əhəmiyyətli dərəcədə zəifləyib.

Alimlər bunu onunla izah ediblər ki, şampinyon göbələyi orqanizmə düşdükdən sonra iltihab yaradan və bununla da onkoloji xəstəliklərə yol açan bakteriya və viruslar üçün müəyyən maneə yaradır. Şamonyon göbələklərinin tərkibində dendrit hüceyrələrin inkişafına müsbət təsir göstərən maddələr var. Bu hüceyrələr xərçəng xəstəliyinə qarşı mübarizə aparan ən güclü hüceyrələr hesab edilir. Bunun nəticəsi olaraq immun sistemini gücləndirən və xərçəng hüceyrələrinin orqanizmi zədələməsinin qarşısını alan T-limfositlərin hasilatı artır.

Realpress.az

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.