Qan təzyiqini ölçən mobil əlavə yaradıldı

Qan təzyiqini ölçən mobil əlavə yaradıldı
13 2018 17:47

Realpress.az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar bildirib ki, nəticə əldə etmək üçün istifadəçinin, sadəcə, barmağını smartfonun korpusuna qoyması lazım gələcək.

Mütəxəssislər 3D çap üsulu ilə yaradılmış xüsusi çexol yaradacaqlar ki, orada da əlavə edilmiş optik ötürücü olacaq. Korpusa basdıqda, təzyiqin ölçülməsi prosesi həyata keçiriləcək, onun göstəriciləri isə smartfondakı əlavəyə ötürüləcək.

Artıq mütəxəssislər 30 nəfərin iştirakı ilə təcrübə də keçiriblər. Məlum olub ki, əlavə 90 faiz düzgünlüklə təzyiqi ölçə bilir. Bu araşdırma ABŞ-ın Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilir.


21 İyun 2018
İT

Brayl displeyləri üçün standart yaradılıb

“USB” texnologiyasının inkişafı və tanıdılması ilə məşğul olan “USB-IF” təşkilatı zəif görən və gözdən əlil insanlara kompüterdən istifadəyə imkan verən Brayl ekranları üçün “USB HID” (Human Interface Device) standartını təqdim edib. Layihənin hazırlanmasında “Apple”, “Microsoft” və “Google” kimi böyük texnoloji şirkətlər iştirak edir.

21 İyun 2018
İT

Instagram servisinin auditoriyası 1 milyarda çatıb

Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. Bu haqda xidmətin saytında məlumat verilib.

20 İyun 2018
İT

Robot beyin dalğaları vasitəsilə idarə ediləcək

Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının mütəxəssisləri robota beyin dalğalarına tabe olmağı öyrətmək üçün elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyalarını tətbiq ediblər. Bu barədə institutun saytında deyilir.

20 İyun 2018
İT

Pekin metropolitenində sərnişinlərin biometrik eyniləşdirilməsi sistemlərindən istifadə ediləcək

Cari ilin sonunadək Pekin Metropoliteninin administrasiyası günün pik saatlarında stansiyalarda sərnişin axınını sürətləndirmək üçün sərnişinlərin biometrik eyniləşdirilməsi sistemlərini tətbiq etmək niyyətindədir. Bu haqda Çin KİV-nə istinadən “Reuters” nəşri məlumat yayıb.

20 İyun 2018
İT

Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

“Google” şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda “Bloomberg” nəşri məlumat verib.