Stadiona silahla gələn klub prezidenti həbs olundu

Stadiona silahla gələn klub prezidenti həbs olundu
13 Mar 2018 16:50


Yunanıstan polisi PAOK-un prezidenti İvan Savvidisin həbsi ilə bağlı qərar çıxarıb.

realpress.az xəbər verir ki, Savvidis PAOK – AEK qarşılaşmasında meydana tapança ilə girərək, hakimlərə təzyiq göstərmişdi.

Polis klub prezidentindən savayı, daha dörd nəfərin də həbsinə order verib.

Rusiya Dövlət Dumasının sabiq deputatı, qonşu ölkənin 30 ən varlı insanları arasında göstərilən Savvidisin üstündə tapança gəzdirməyə icazəsi olub. Ancaq Yunanıstan qanunlarına görə, stadionlara yalnız polislərin tapança ilə daxil olmaq hüququ var. 

Qeyd edək ki, Yunanıstan dövləti Superliqanın sonuncu turunun PAS – “Apollon” matçını bu səbəbdən qeyri-müəyyən müddətə təxirə salıb.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.