Psixonevroloji Müəssisəsindən xəstə qaçıb

Psixonevroloji Müəssisəsindən xəstə qaçıb
13 Mar 2018 16:45

Realpress.az-ın xəbərinə görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicə alan 66 yaşlı xəstə Yuriy Yaiçnikov xəstəxanadan qaçıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Xəstənin axtarışları davam etdirilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisədə əlilliyi olan şəxslər münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun sosial xidmət və qayğı göstərilir, onların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq peşə abilitasiyası və reabilitasiyası, rasional, o cümlədən diyetik yeməklərlə təmin edilmələri və s. istiqamətlərdə işlər aparılır.



25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.