Realpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada səfərdə olan M. Çavuşoğlu bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.
“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, - deyə M. Çavuşoğlu söyləyib.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqqında saziş imzalayıb. Bu isə ABŞ-ın və NATO-nun narazılığına səbəb olub.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.