"Mənim maşınıma dəyib, digərinin üstünə aşdı" - Lənkəranda QƏZA - VİDEO - FOTO

"Mənim maşınıma dəyib, digərinin üstünə aşdı" - Lənkəranda QƏZA - VİDEO - FOTO
13 Mar 2018 13:25

Realpress.az ARB TV-yə istinadla xəbər verir ki, avtoqəza Ələt-Astara magistral yolunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb.

Gərmətürk qəsəbəsindən əsas yola çıxan və Ruslan Ağayevin idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan və Elvar Mikayılzadənin idarə etdiyi eyni markalı digər avtomobilə çırpılıb.

Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan Şöhrət Məmmədova məxsus "VAZ 2107" və Orxan Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomaşınlara dəyib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Nəticədə 3 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şöhrət Məmmədov - "VAZ 2107"nin sürücüsü: "Gördüm ki, ağ "Mazda" gəlib qara maşının qarşısına keçdi. Qara maşın gəlib ağ "Mazda"nı vurdu. Gəlib dəydi mənim maşınıma, daha sonra da digər maşının üzərinə aşdı".

Faktla bağlı araşdırma aparılır.




21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.