Samsung Galaxy Note 9-nun xüsusiyyətləri açıqlanıb

Samsung Galaxy Note 9-nun xüsusiyyətləri açıqlanıb
13 Mar 2018 11:00

Realpress.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni qurğu 6,3 düym diaqonallı 2960 × 1440 piksel təsvir ölçülü "Super AMOLED" ekranla təchiz olunacaq. İstifadəçilər ekranla barmaq və təkmilləşdirilmiş "S Pen" elektron qələmi ilə işləyə biləcəklər.

Bildirilir ki, satış regionundan asılı olaraq smartfon "Exynos 9 Series 9810" prosessoru (2,9 QHs takt tezlikli səkkiz nüvə, Mali G72MP18 qrafik kontrolleri) və ya "Qualcomm Snapdragon 845" çipi (2,8 QHs takt tezlikli səkkiz Kryo 385 nüvəsi, Adreno 630 qrafik sürətləndiricisi) ilə təklif ediləcək.

Gözləntilərə görə, operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 64 və ya 256 giqabayt təşkil edəcək. Həmçinin qurğunun "Wi-Fi 802.11 a/b/g/n/ac" və "Bluetooth 5.0" simsiz rabitə modulları, gözün qüzehli qişası skaneri, daktiloskopik sensor, eləcə də simsiz enerjidoldurma funksiyasını dəstəkləyən 3300 milliamper/saat tutumlu akkumulyator batareyası təchiz ediləcəyi qeyd olunur.

Yeni smartfonda "Galaxy S9 Plus" modelinin qoşa kamerasının quraşdırılacağı gözlənilir. Kamera konfiqurasiyasına 12 meqapikselli sensorlar, qoşa optik sabitləşdirici, diafraqması (f/1,5 və f/2,4) tənzimlənən obyektiv və f/2,4 diafraqmalı obyektiv daxildir. Ön kameranın təsvir ölçüsü 8 milyon piksel təşkil edəcək.

Yeni smartfon "IP68" standartı üzrə sukeçirməz və tozkeçirməz mühafizə ilə təchiz ediləcək. Proqram platforması qismində "Android 8" (Oreo) əməliyyat sistemi tətbiq olunacaq.

"Samsung Galaxy Note 9" smartfonunun avqustun 31-dən sentyabrın 5-dək keçiriləcək "IFA 2018" sərgisi çərçivəsində nümayiş olunacağı gözlənilir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.