Ürəyi xəstə olan insanlar evində pişik saxlasın - Alimlərdən tövsiyə

Ürəyi xəstə olan insanlar evində pişik saxlasın - Alimlərdən tövsiyə
09 Mar 2018 12:02

Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin "terapevtik effekti"ni sübut edib.

Realpress.az saglamolun.az-a istinadla xəbər verir ki, Volqoqrad Dövlət Universiteti alimləri araşdırma zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.

Araşdırmada 20  tələbə iştirak edib. Eksperimentdən əvvəl iştirakçıların nəbzi və təzyiqi ölçülüb, EKQ çəkilib. Daha sonra tələbələr 10 dəqiqə ərzində pişiklərin mırıltısına qulaq asırdı. 10 dəqiqədən sonra iştirakçıların vəziyyəti yenidən qiymətləndirilib.

Nəticələr alimləri heyrətləndirib - EKQ, təzyiq və ürək ritmi normaya düşüb, tələbələr etiraf ediblər ki, onlar özünü daha sakit və rahat hiss edir.

Alimlərin fikrinə görə, pişiklər tək ürəyin fəaliyyətinə deyil, oynaqlara, sümüklərə də müsbət təsir edir, ağrıları azaldır.  


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.