"Vəziyyəti pisləşdi, mən də boğdum" — 3 manata görə qadını öldürən qonşusu iz itirmək üçün evi yandırdı - VİDEO

"Vəziyyəti pisləşdi, mən də boğdum" — 3 manata görə qadını öldürən qonşusu iz itirmək üçün evi yandırdı - VİDEO
09 Mar 2018 11:58

Realpress.az  ARB TV-yə istinadən xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibəsi Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədi ilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Elçin Mustafayev (saxlanılan şəxs): "Üç manat istədim, dedi yoxumdur. Məni söyüb, qovalamaq istəyəndə, mən də girdim evə. İçkiliydim vurdum, yıxıldı. Bir də dedim 3 manat ver, yenə dedi yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün".

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.

Tural Məmmədov Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi:

Elçin Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparmış, lakin hər hansı bir qiymətli əşya və pul tapmamışdır. Mərhumun mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırmaqla mənzili tərk edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.