Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayıb

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayıb
09 Mar 2018 11:20

Realpress.az-in istinadən xəbərinə görə DİM-dən  AZƏRTAC-a bildirilib ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və aprelin 7-də saat 18:00-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

“Dövlət qulluğu üzrə müraciət forması” vasitəsilə portala daxil edilən məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır. Təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, onun müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar DİM tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

•struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə

•vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

1. Prezident yanında Ali Attestasiya Komissiyası (5 vəzifə üzrə 6 yer)

2. Kənd Təsərrüfatı Nazirliyi (34 vəzifə üzrə 42 yer)

3. Mədəniyyət və Turizm Nazirliyi (22 vəzifə üzrə 22 yer)

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1 vəzifə üzrə 1 yer)

5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (26 vəzifə üzrə 39 yer)

6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (20 vəzifə üzrə 22 yer)

7. Əmlak Məsələləri Dövlət Komitəsi (88 vəzifə üzrə 104 yer)

8. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (13 vəzifə üzrə 14 yer)

9. Dövlət Statistika Komitəsi (22 vəzifə üzrə 30 yer)

10. Milli Televiziya və Radio Şurası (1 vəzifə üzrə 1 yer)

11. Gəncə Apellyasiya Məhkəməsi (2 vəzifə üzrə 3 yer)

12. Şəki Apellyasiya Məhkəməsi (3 vəzifə üzrə 11 yer)

13. Şirvan İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

14. Şəki İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 5 yer)

15. Gəncə Hərbi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

16. Ağdaş Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

17. Ağstafa Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

18. Biləsuvar Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

19. Cəlilabad Rayon Məhkəməsi (4 vəzifə üzrə 6 yer)

20. Göyçay Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

21. Laçın Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

22. Lənkəran Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

23. Qazax Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

24. Qusar Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

25. Saatlı Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

26. Salyan Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

27. Xaçmaz Rayon Məhkəməsi (2 vəzifə üzrə 4 yer)

 


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.