Samsung Galaxy S9 vəS9+ - Ən yeni smartfonların təqdimatı

Samsung Galaxy S9 vəS9+ - Ən yeni smartfonların təqdimatı
06 Mar 2018 11:52

Smartfonların korpusu şüşə və metaldan hazırlanmış, "sərhədsiz" displeyi isə18,5:9 qeyri-standart nisbəti olan ensiz çərçivəiləhaşiyələnmişdir. GalaxyS9 vəS9+ biri birindən əsas iki amil ilə fərqlənir, bunlardan fərqli diaoqonalı - müvafiq olaraq 5,8" və 6,2"və kamera sayını qeyd etmək olar. Yenilik S9+ smartfonunun əsas kamerasının ikili modul üzərində işləməsidir. Smartfonların kameraları, həqiqətən, maraqlı təchiz olunub.

Yeni Super Speed Dual Pixel sensoru 12 təsviri birləşdirərək keyfiyyətli şəkil əldə edə bilir. Kamera əlavəsi saniyədə 960 kadr qeyd etməyə imkan yaradan yeni sürətli çəkim rejimi ilə təchiz olunmuşdur ki, bu bacarığı smartfon dünyasında yeni trend yaradacaq. Həmçinin, kamera qaranlıqda daha yaxşı şəkillər çəkmək üçün "dəyişkən" apertura ilə təchiz edilmişdir. Samsung ekspertləri bu kamerada insan bəbəyinin zəif işıq şəraitində genişlənməsi və parlaq işıqda daralması bacarığını əsas götürüblər. Belə ki, obyektiv işıq şəraitindən asılı olaraq öz aperturasını dəyişir.

Frontal kamera bir sıra yeni imkanlar əldə edib ki, bunlardan ən maraqlısı Selfimoji yaratmaq qabiliyyətidir. Belə ki, ön kamera vasitəsi ilə smartfon həcmli üz maskası tərtib edərək virtual animasiyalı personajı yaradır, bu personaj öz növbəsində insan mimikasını və hərəkətlərinin təkrarlayır. Bu personajları siz həm messenger-lərdə, həm də sosial mediyada istifadə edə bilərsiniz. Həmçinin, dəyişikliklər mühafizə skanerlərində də yer almışdır. İndi "face recognition" funksiyası gözün qüzehi qişasını tanıma fünksiyası ilə bərabər işləyir. Bu da, öz növbəsində, şəxsi məlumatlarınızın daha da təhlükəsiz şəraitdə saxlamağa imkan yaradır. Barmaq izi skaneri isə korpusun ön hissəsindən arxa hissəsinə kameranın altına köçürülüb.

Tezliklə bütün dünyada satışa çıxarılacaq smartfonlar Azərbaycan bazarında da mövcud olacaq. Həmyerlilərimiz Samsung Galaxy S9 və S9+ smartfonlarını öncədən sifariş etmək imkanından yararlana bilərlər. Mart ayının 9-dan 22-dək xüsusi təklif çərçivəsində S xəttinin yeni smatfonlarını sifariş edərkən hədiyyə olaraq Wireless Charger qazanacaqsınız.

Yeni Galaxy S xəttinin smartfonları haqqında ətarflı məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.