ZenFone 5 smartfonu təqdim olundu

ZenFone 5 smartfonu təqdim olundu
03 Mar 2018 12:00

Hər üç model çərçivəsiz dizayna malikdir.

Realpress.az ICTnews-a istinadən bildirir ki, "ASUS Zenfone 5" standart modeli "iPhone X" stilində çərçivəsiz dizayna malikdir və ikiqat əsas kamera ilə təchiz edilib.
 
"Zenfone 5" smartfonu "Full HD+" təsvir ölçülü və tərəflər nisbəti 19:9 olan 6,2 düymlük ekran, "Sony IMX363" sensoru ilə 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Bundan başqa, "Qualcomm Snapdragon 636" prosessoru, 6 QB-lıq əməli yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.
 
"ASUS Zenfone 5 Lite" smartfonu iki ədəd ikiqat kameraya malikdir: "Sony IMX376" sensoru ilə 20 meqapiksellik ön və 16 meqapiksellik əsas kameralar. "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü 6 düymlük diaqonala malik displeyin tərəflər nisbəti 18:9 təşkil edir. "Qualcomm Snapdragon 630" və "430" prosessorlarından istifadə edilib. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. 2 SİM kart və "microSD" yaddaş kartı üçün ayrı slotlar nəzərdə tutulub. "NFC" texnologiyası dəstəklənir. Sifətin tanınması texnologiyası vasitəsilə smartfonu blokdan çıxarmaq mümkündür.
 
"ASUS Zenfone 5 Z" smartfonu qabaqcıl "Snapdragon 845" prosessoru,  8 QB-dək əməli yaddaş və 256 QB-dək daxili fləş yaddaşla təchiz edilib. Digər xüsusiyyətlərinə görə "Zenfone 5" smartfonunu xatırladır.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.