Göz sağlamlığı necə qorunmalıdır?

Göz sağlamlığı necə qorunmalıdır?
02 Mar 2018 11:04

Həkim-oftalmoloq, cərrah, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əməkdaşı Qəmər Əliyeva hesab edir ki, hər kəs vaxtaşırı göz müayinələrindən keçməlidir.

Onun sözlərinə görə, bir sıra göz problemləri hər hansı şikayət vermədən inkişaf edə bilir, ona görə də profilaktik olaraq həkimə müraciət olunması məqsədəuyğundur.

Bu mənada göz təzyiqinin yüksəlməsinin ən ciddi məqamlardan biri olduğunu deyən  mütəxəssis bildirib ki, göz təzyiqinin qalxması nəticəsində görmənin tamamilə, bərpa olunmaz şəkildə itirilməsi baş verir: "Xəstələrdə gözdə qaşınma, sulanma olanda diskamfort hissinə görə həkimə tez müraciət edirlər. Amma bizim ən çox qorxduğumuz problem qlaukoma xəstəliyi göz təzyiqinin qalxması və görmənin tədricən itirilməsidir. Bu isə hər hansı əlamətlə özünü büruzə vermir. Ona görə hər kəs, xüsusilə ailədə, nəsildə qlaukoma xəstəsi olan şəxslər mütəmadi olaraq göz təzyiqlərini yoxlatmalıdırlar". 

Q.Əliyevanın sözlərinə görə, göz təzyiqinin qalxmasına bütün yaş dövrlərində rast gəlmək mümkündür.

Həkim-oftalmoloq deyib ki, yeni doğulmuşlarda daha çox aşkarlanan problem yaş yollarının tıxanması ilə bağlı olur: "Daha yuxarı yaşlarda isə uşaqlarda görmə zəifliyi, çəpliklə bağlı problemlərə rast gəlinir". 

Q.Əliyevanın sözlərinə görə, orta yaşlı insanlarda quru göz sindromu daha çox yayılıb: "Daha çox kompüter arxasında oturan insanlar gözü qırpmağı unudur. Bunun nəticəsində də quru göz sindromu yaranır. Əgər gözümüzü qırpmağı unuduruqsa, bu, buynuz qişamızın qurumasına gətirib çıxır. Tez-tez üzü yumaq, kondisionerli otaqda oturmaq gözdə qurumaya səbəb olur. Kompüter qarşısından hər 45 dəqiqədən bir 5-10 dəqiqə kənarlaşmaq, dincəlmək və yaxud pəncərə önündə uzaq məsafəyə baxmaq lazımdır. Araşdırmalar göstərir ki, dağlıq bölgədə yaşayan insanlarımızın görməsi, şəhərdə yaşayan insanlarla müqayisədə daha yaxşıdır".

Oftalmoloq qırx yaşdan sonra ən çox mirvari suyu probleminin aşkarlandığını  açıqlayıb.

Q. Əliyeva hesab edir ki, hər bir şəxsin ildə bir dəfə, 6 aydan bir göz müayinəsindən keçməsi zəruridir.  

Göz qapaqlarında yaranan əsmələr barədə suallara cavab verən həkim-oftalmoloqun sözlərinə görə, bu problem əsasən əsəbdən irəli gəlir. O həmçinin qeyd edib ki, göz dibi müayinəsi ilə bəzi xəstəlikləri müəyyən etmək mümkündür: "Bəzən xəstələrin özləri bilmir şəkər xəstəliyi var, amma biz göz dibinə baxanda bunu təyin edirik. Bəzən xəstələr qan təzyiqinin olub-olmadığını hiss etmir, amma göz dibinə baxanda bunu təyin edirik".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.