Sony Xperia XZ2 və Xperia XZ2 Compact təqdim olundu

Sony Xperia XZ2 və Xperia XZ2 Compact təqdim olundu
01 Mar 2018 11:15

Hər iki smartfon çərçivəsiz dizayna malikdir, barmaq izləri skaneri arxa paneldə quraşdırılıb. Korpus alüminium çərçivə və "Gorilla Glass 5" şüşə panellərindən ibarətdir.

Realpress.az ICTnews-a istinadən bildirir ki, "Sony Xperia XZ2" modeli "Full HD" (1920x1080 piksel) təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS ekran, 19 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera ilə təchiz edilib. "Motion Eye" kamerası "4K HDR" formatında video, həmçinin "Super slow motion" rejimində "Full HD" formatında saniyədə 960 kadr çəkmək qabiliyyətinə malikdir.

Bundan başqa smartfon "Qualcomm Snapdragon 845" prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq fləş yaddaşla (microSD kartı vasitəsilə yaddaşın tutumunu 400 QB-dək artırmaq mümkündür) təchiz edilib. 3180 milliamper/saat tutumuna malik akkumulyator batareyası sürətli və simsiz enerjidoldurma texnologiyasını (QI standartı) dəstəkləyir. Smartfon "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

2 SİM kart, "VoLTE" və "LTE Cat.18" texnologiyaları dəstəklənir, "Wi-Fi (802.11ac)", "Bluetooth 5.0", "GPS+QLONASS", "NFC", "USB 3.1 Type-C" portu var. Həmçinin stereodinamiklər var, lakin qulaqcıqlar üçün 3,5 mm-lik konnektor yoxdur, "IP65/68" səviyyəsində su və tozdan müdafiə mövcuddur. Smartfonun ölçüləri 153x72x11,1 mm, çəkisi 198 qram təşkil edir.

"Sony Xperia XZ2 Compact" smartfonunun arxa paneli polikarbonatdan düzəldilib, ekranın diaqonalı 5 düym təşkil edir, 2870 milliamper/saat tutumunda akkumulyator, "LTE Cat.15" texnologiyası ilə təchiz edilib. Qurğunun ölçüləri 135 x 65 x 12,1 mm, çəkisi 168 qram təşkil edir.

İstehsalçı "3D Creator" mobil proqramını xüsusi vurğulayır. Bu proqramın köməyi ilə əsas kamera ilə obyektlərin "3D" modelini, həmçinin ön kameranın köməyi ilə "3D selfi" yaratmaq olar.

Hər iki smartfon gümüşü, qara, yaşıl və çəhrayı rəngli korpuslarda əlçatandır. Gələn ay sözügedən smartfonlar satışa çıxarılacaq. Rəsmi qiymətlər hələ elan edilməyib.




18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.