Realpress.az meslehetdir.com-a istinadən bildirir ki, fırçalama dişlərdə yeməkdən sonra əmələ gələn bakteriyalı qabığı təmizləyir. Həmin bakteriyalar dişin minasını hədəfləyir. Bu proses bir neçə dəfə təkrarlananda dişin minasında çatlar yaradır və çürüməyə səbəb olur. Təmizlənməmiş qabığ tədricən daşa çevirilir və həmin daş sonradan əlavə çətinliklər yaradır.
Fırçalamanın vaxtını düzgün seçmək üçün siz öz dietinizi nəzərə almalısınız. Turş yemək və ya içki qəbul etmisinizsə o zaman 30 dəqiqə ərzində dişlərinizi təmizləməyin, çünki turş maddələr diş minasını zəiflədir və fırçalama minanın zədələnməsinə səbəb ola bilər. Belə hallarda yeməkdən öncə dişlərinizi fırçalaya bilərsiniz.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.