Sürətli yemək piylənmə riskini artırır

Sürətli yemək piylənmə riskini artırır
23 Fev 2018 11:09

Realpress.az  AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyada şəkərli diabet xəstələrin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Tədqiqat əsnasında Yaponiyada 2008-2013-cü illər arasında mütəmadi yoxlanışdan keçən ikinci tip 59 min 700 diabet xəstəsinə yemək vərdişləri ilə bağlı suallar verilib. İştirakçılar gündə neçə dəfə və nə qədər sürətlə yedikləri, səhər yeməyi və yatmadan əvvəl yemək yeyib-yemədikləri barədə 7 suala cavab veriblər.

Nəticələr göstərir ki, sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkdiyi məlum olub.

Bədən kütlə indeksinin yavaş yemək yeyənlərdə ortalama olaraq 22-dən bir az çox, normal yeyənlərdə 23,5, sürətli yeyənlərdə isə təxminən 25-ə yaxın olduğu təsbit edilib. Bel ətrafındakı yağların da yemək yemə sürəti artdıqca çoxaldığı məlum olub

Tədqiqatın nəticələrinə əsasən, yavaş və müntəzəm yemək yeyən, səhər yeməyini qaçırmayan, gecə yatmazdan əvvəl yeməyən insanlarda şişman olma riski azalır.

Digər tərəfdən yemək yemə vərdişlərini dəyişdirən xəstələrdə də bədən kütlə indeksinin azaldığı müəyyənləşib.

Araşdırmanın nəticələri "BMJ Open" elm dərgisində yayımlanıb.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.