Hədsiz tərləmədən ən sərfəli xilas yolu

Hədsiz tərləmədən ən sərfəli xilas yolu
22 Fev 2018 12:22

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzin döş qəfəsi cərrahı Elmar Məmmədov bu barədə danışırkən deyib: "Artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlik - hiperhidroz diaqnozu əksər hallarda əlavə müayinələrə ehtiyac duyulmadan xəstənin şikayətləri əsasında qoyulur. Həmin şikayətlərlə daha çox 18-25 yaşda olanlar həkimə üz tuturlar. Onlar əl, qoltuqaltı və ayaq tərləmələrinin uşaq yaşlarından başladığını və sonrakı dövrlərdə davam etdiyindən şikayətlənirlər. Daim tərli vəziyyətdə olan qoltuqaltı nahiyələr və əllər onlara böyük narahatlıqlar yaradır. Tərləmə stressli vəziyyətlərdə daha da şiddətli olur. Lakin artıq həmin problemin həlli yolu tapılıb. Mərkəzdə aparılan əməliyyatlar sahəsində həmin problemdən əziyyət çəkənlər hədsiz tərləmədən xilas olacaqlar."

Həmin xəstəliyin ən geniş tətbiq olunan müalicə növü - botoksun dərialtı yeridilməsindən də söhbət açan həkim-cərrah prosedurun bahalı olması, tam uğurlu nəticə alınmaması, alınan nəticənin isə uzağı 6-9 ay davam etməsi, əl-barmaq uclarında hissiyyatın azalması və böyük barmağın funksiyasının pozulması kimi neqativ təsir göstərə biləcəyi üçün hiperhidrozun əsas müalicəsinin cərrahi müdaxilə olduğunu bildirib: "Torakoskopik simpatikotomiya əməliyyatının təməlində tərləməyə səbəb olan funksiyası pozulmuş simpatik zəncirin T3-T4 səviyyələrində kəsilməsidir. Tərləmənin cərrahi yol ilə müalicəsi digər müalicə növlərindən onunla fərqlənir ki, tam səmərilidir, maddi cəhətdən sərfəlidir və xəstə hədsiz tərləmədən həmişəlik xilas olur, tərləmə bir daha təkrarlanmır, prosedurun təkrarlanmasına isə ehtiyac qalmır. Məhz buna görə də videoyardımlı torakoskopik simpatikotomiya əməliyyatı hiperhidrozun müalicəsində istifadə olunan digər müalicə növlərindən daha üstündür."

Cərrah onu da söyləyib ki, yarım saat çəkən və tək dəlikdən 7-8 mm-lik kəsiklə icra edilən həmin estetik əməliyyat yaş qrupundan asılı olmayaraq tətbiq oluna bilər. Əməliyyat ümumi anesteziya altında aparılır, demək olar ki, ağrısızdır, heç bir əks-göstərişi yoxdur və xəstə həmin gün evə buraxılır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.