Deputat: Xocalı qətliamı baş verməyə bilərdi – MÜSAHİBƏ

Deputat: Xocalı qətliamı baş verməyə bilərdi – MÜSAHİBƏ
21 Fev 2018 12:25


realpress.az Xocalıdan olan millət vəkili Elman Məmmədovun müsahibəsini təqdim edir:

– Elman müəllim, qarşıdan Xocalı soyqırımının 26-cı ildönümü gəlir. Soyqırımı baş verəndə bu rayona rəhbərlik etmiş şəxs və hazırda da bu bölgəni parlamentdə təmsil edən millət vəkili kimi, necə bilirsiniz, qanlı qətliamdan qaçmaq mümkün idimi, Xocalı soyqırımı baş verməyə bilərdimi? 

– O dövrdə Azərbaycanın rəhbərliyində daha bacarıqlı, daha cəsarətli, daha qətiyyətli, dövlətçiliyi, idarəetməni dərindən bilən bir insan olsaydı, Azərbaycanda olan hərbi-silahlı qüvvələrə vahid komandanlıq təmin oluna bilsəydi, Xocalıya zamanında kömək gəlsəydi, təbii ki, bu qanlı qətliamdan, XX əsrin ən dəhşətli qırğınlarından, soyqırımlarından olan Xocalı soyqırımından qaçmaq mümkün olardı.

Təəssüflər olsun ki, Xocalı soyqırımı olan ərəfədə Azərbaycanda dövlətçilik, idarəçilik yox səviyyəsinə enmişdi. Ölkədə anarxiya, özbaşınalıq baş alıb gedirdi.

Orduda vahid komandanlıq yox idi. Bunlar düşmənə fürsət verdi. Onlar uzun illərdən bəri gözlədiklərinə nail oldular. Xocalını yerlə-yeksan etdilər, xocalılılara divan tutdular, Xocalıda qanlı qətliam, soyqırımı həyata keçirdilər.

– Necə hesab edirsiniz, Xocalı soyqırımı ilə bağlı qanuna ehtiyac varmı, bu yöndə ayrıca qanunvericilik aktı olmalıdırmı?

– “Xocalı soyqırımı haqqında” qanuna, əlbəttə ki, ehtiyac var. Bunu zaman-zaman bəzi həmkarlarım da səsləndiriblər, təklif ediblər. Mən bugünlərdə, elə sizinlə danışan zaman da qardaş Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlərdə iştirak edirəm. Ankarada Yeni Dünya Vəqfinin Xocalı soyqırımına həsr olunmuş tədbirinə qatılmışdım.

Tədbir zamanı çıxış edən tarixçi alimlər, beynəlxalq hüquqla məşğul olan elm adamları Xocalı soyqırımı dəhşətlərindən danışdılar, öz mövqelərini bildirdilər. Onlar da çıxışları zamanı təxminən bu yöndə fikirlər səsləndirdilər ki, Xocalı soyqırımı ilə bağlı ayrıca qanun olmalıdır.

İnanıram ki, gələcəkdə belə bir qanun layihəsi hazırlanaraq, parlament müzakirələrinə çıxarılacaq və qəbul olunacaq.

– Elman müəllim, bu gün Ermənistan rəhbərliyindəki və hakimiyyətə iddialı şəxslərin böyük əksəriyyəti Xocalı soyqırımında əli olan cinayətkarlardır. Onların nə zamansa ədalət mühakiməsinə cəlb olunacağına, Beynəlxalq Hərbi Tribunalda öz cinayətlərinə görə cavab verəcəklərinə inanırsınızmı? Azərbaycan buna nail ola biləcəkmi?

– Bilirsiniz, Ermənistanda son 25-30 ildə hakimiyyət başında olmuş, hakimiyyətdə yüksək vəzifələrdə əyləşmiş və bu gün də ölkəyə rəhbərlik edən şəxslərin hər birinin Xocalı soyqırımında, Azərbaycana qarşı baş vermiş hərbi cinayətlərdə birbaşa əli var.

Sarkisyanların, koçaryanların, ohanyanların, ter-petrosyanların və digərlərinin əli Azərbaycan xalqının, xocalılıların qanına bulaşıb. Onlar cinayətkar, hərbi canidirlər.

Təəssüf ki, himayədarlarının köməyilə onlar hələ də öz layiqli cəzalarını almayıblar, Azərbaycan xalqına qarşı etdikləri cinayətlərin ədalət mühakiməsindən yayına biliblər. Bu da bizə qarşı dünyada hökm sürən ikili standartların tərkib hissəsidir. 

Gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən, xocalılılara qarşı etdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər.

Cinayətkarlar cəzasını alacaq. Bunu hər birimiz səbirsizliklə gözləyirik. Bunlar mütləq olacaq və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən ardıcıl işlər görülür...


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.