Bu məhsul xərçəng yaradır - Əsla onu YEMƏYİN!

Bu məhsul xərçəng yaradır - Əsla onu YEMƏYİN!
21 Fev 2018 11:55

200-dən çox müxtəlif növ xərçəng məlumdur. Ən çox yayılmış növləri dəri, ağciyər, süd vəzi və yoğun bağırsaq xərçəngidir.

Qidalanma rejimi xərçəngin qarşısını almaq üçün böyük əhəmiyyətə malikdir. Elmi araşdırmalar nəticəsində məlum olub ki, sağlamlıq üçün çox təhlükəli olan məhsullar da bu xəstəliyə gətirib çıxara bilər.

Realpress.az Publika.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda insanlar gündə yeddi milyarddan çox hot-doq alır. Amerikada aparılan son tədqiqatlarda məlum olub ki, hot-doq sağlamlıq üçün təhlükəlidir.

Hot-doq ilk dəfə 19-ci əsrdə alman immiqrantların sayəsində məşhurluq qazanıb. Onlar bu gün ən populyar fəstfud növlərindən biridir. Lakin, alimlər sübut edib ki, hot-doq sağlamlıq üçün real təhlükədir, çünki tərkibində təbii heç nə yoxdur.

Daha konkret desək, hot-doq toyuq, mal və donuz ətinin qarışığı və onların qalıqları: ayaqları, başı və ya yağlı dərilərindən hazırlanır. Onları kimyəvi maddələr, nitrat və çoxlu duzla qarışdırırlar.

Hot-doqların dadı istehsal yerindən asılı olaraq müxtəlif olur, çünki hər bir sahədə müxtəlif əlavələr, ətirlər, karmin və ya monosodium qlutamat kimi maddələr vururlar.

Havay Universiteti nəticələri həqiqətən də qorxulu olan test keçirib. Onlar bildiriblər ki, hot-doq ətinin istehlakı mədəaltı vəzinin xərçəngi riskini 67 faiz artırır.

Nitrozaminlər hot-doq hazırlamaq üçün istifadə edilən zərərli əlavələrdən yalnız biridir. Digər əlavələr: nitratlar və nitritləri aminlərlə qarışdırırlar, nəticədə mitrozaminlər mədəaltı vəzi, sidik kisəsi, mədə xərçəngi yaradır.

Gündəlik hot-doq istehlakı isə bağırsaq xərçəng riskini 21 faiz artırır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.