Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub
20 Fev 2018 17:17

Realpress.az istinadla bildirir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə Sofiyanın "İnter Expo" Mərkəzində “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan milli stendi yerləşdirilib.

 

Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur-paketlər təqdim edilib, ölkənin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanıb. Ölkə stendində Azərbaycan istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.

 

Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir. 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.