Məleykə Abbaszadə fevralın 28-də Göyçayda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə fevralın 28-də Göyçayda vətəndaşları qəbul edəcək
19 Fev 2018 14:35

Realpress.az istinadən xəbər verir ki, DİM-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Göyçay rayonu ilə yanaşı, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, eləcə də bu bölgələrdə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) doldurmaqla qeydiyyatdan keçmələri və ya mərkəzin Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay şəhəri, R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər.



22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.