Elnarə Abdullayeva: "Həyat yoldaşım məndən 15 yaş da kiçik ola bilərdi" — MÜSAHİBƏ

Elnarə Abdullayeva: "Həyat yoldaşım məndən 15 yaş da kiçik ola bilərdi" — MÜSAHİBƏ
13 Fev 2018 12:06

- Elnarə xanım, istərdim ki, əvvəlcə konsert hazırlıqlarınız barədə məlumat verəsiniz. 

- Fevralın 16-da Sumqayıtda, Kimyaçılar Sarayında solo konsertim olacaq. Konsert bir gün nəzərdə tutulub.

- Heydər Əliyev adına Sarayda 2-3 günlük proqramla çıxış edən xanəndəyə tələbat azalıbmı?

- O konserti özləri təşkil etdilər.

- İcra Hakimiyyəti?

- Bunu prodüser Asif Kərimov daha yaxşı bilir. Tələbat çox da olsa, bir günlük proqram istəyirəm. Fikrim var ki, bu il bölgələrimizdə silsilə konsert proqramları ilə çıxış edim. Sumqayıtdan sonra Gəncədə konsertim olacaq. Ancaq deyim ki, bu iki konsertin heç birinin təşkilatçılığından xəbərim yoxdur.

- Heç olmasa qonorarın məbləğindən xəbərdarsınız?

- Böyük konsertlərimdə düşünürdüm ki, necə olacaq, nə cür edəcəyəm. İnanın ki, burada məni qonorar düşündürmür. Sadəcə, regionlarda tələbat olduğu üçün bu konsertləri verirəm. Hamı Bakıya gələ bilmir axı. Mən Filarmoniyada da konsert vermək arzusundayam.

- Biletlərin qiyməti necədir?

- Şəhərdə biletin qiyməti səksən manat idisə, rayonlarda, bölgələrdə yəqin ki, 30-40 manatdır.  İnsanların maddi durumunu düşünmək lazımdır.

- Sənət adamları gileylənirlər ki, toya getdiyimiz üçün tamaşaçının gözündə adiləşirik və konsert verə bilmirik. Yəni, müğənnini hər gün toyda görən tamaşaçı onu konsertdə görməyi o qədər də arzulamır. Ancaq siz həm toya gedirsiniz, həm də konsertlərinizdə anşlaq olur. Nə cür ifaçı olmaq lazımdır ki, həm konsertinə maraq olsun, həm də toya dəvət etsinlər?

- Çox sadə çıxış yolunu deyəcəyəm. Əvvəla, özün olmalısan. Özün olanda xalq səni sevəcək. Allaha and olsun ki, ruhdan ruha əlaqə var. Özünü necə aparırsansa, insanlar onu hiss edir. Və ən əsası mütləq sənətlə məşğul olmalısan. Mütəmadi olaraq sözləri, qəzəlləri yeniləməli və rəngarəng olmalısan.

- Sosial şəbəkələrdə sizin adınızdan yaradılmış xeyli profillər var. Özünüz istifadə edə bilirsinizmi?

- Facebook səhifəm var, amma başqası idarə edir. Məsələn, dünən evdə şirniyyat bişirmişdim, onu çəkib paylaşmışdılar. Ancaq özüm bunu edə bilmirəm. 

- Sizcə sənətçinin bişirdiyini çəkib paylaşmağı doğrudurmu?

- Bəli, doğrudur. Gənc ifaçılar görsün ki, bunu etmək insanın şanına kəsir gətirmir. Başqa lazımsız işlərlə məşğul olunca, belə işlər görmək lazımdır.  Çox yorulanda evdə nəsə iş görəndə rahatlaşıram.

- Elnarə xanım, kəndinizə çəkdirdiyiniz bulağın suyu gəlirmi?

- Allaha and olsun ki, bulağın gözü əvvəlkindən daha yaxşı açılıb. Maşallah, su daha yaxşı gəlir. Mən o bulaqdan hələ bir stəkan su içməmişəm. Allahın xalqa rəhmi gəlsin, o bulağın suyu kəsilməsin. İki ildir bizim kənd camaatı ağ günə çıxıb. 

- Hansı kənddir?

- Qobustan royanu, Çuxanlı kəndi. Əkirlər, biçirlər, hamının qapısına su gedir. Allahın bu gününə şükür. Bax tac (Son günlər şou nümayəndələri arasındakı tac qalmaqalına eyham vurur-İ.V.) odur. Allah adama belə işlər qismət eləsin. Ay tac burda gəldi, filan şey oradan getdi.

-  Sizə tac hədiyyə etsələr, imtina edərsiniz?

- Tacdır da, onun nə mənası var ki?! İnsan mənəviyyatının tacı olmalıdır. Başqa mənəviyyat, mənlik, əxlaq tacı olmalıdır. Əldə düzələn tacdan insan başına tac olmaz. 

- Sosial şəbəkələrdə həyat yoldaşınızın sizdən 7 yaş kiçik olduğu... (Sözümü kəsir)

- İnsanları yaş fərqinə görə qınamaq doğru deyil. Mənimlə Elxanın arasında (həyat yoldaşı) 3-4 yaş fərq ola bilər. İnan ki, 15 yaş da fərq olsaydı, bunu normal qəbul edərdim. Çünki nə mən Xədicə anamızdan, nə də Elxan Peyğəmbərimizdən artıq deyilik. Odur ki, hansı yaşda ailə qurursan, qur, qadın əxlaqını, namusunu qorumalıdır. Əvvəl hamı deyirdi ki, bu gün varıq, sabah yoxuq. Amma mən deyirəm ki, bu gün varıq, bu gün olmaya da bilərik. Həyatda hər şey boşdur (kövrəlir).

- Belə düşüncənizə görə həmkarlarınız tərəfindən qınandığınız hallar olurmu?

- Mənimçün heç kimin fikri, düşüncəsi maraqlı deyil. Mənim bir düşüncəm var. Elnarə, əxlaqlı, vicdanlı olacaqsan, millətə, xalqa can yandıracaqsan, hər kəsə evindəkilər kimi hörmətlə yanaşacaqsan. Mən inanıram və dərk edirəm ki, hər şey gəldi gedərdi. Hər şeydən ötrü cavab verəcəyik. Bu qalmaqallar bizə lazımdırmı? Bir tikə çörəyimizi qazanaq, sakit yaşayaq, ölüb gedək də. 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.