"Piylənmə dövrün səssiz epidemiyasına çevrilib" - CƏRRAHLA MÜSAHİBƏ / FOTO

"Piylənmə dövrün səssiz epidemiyasına çevrilib" - CƏRRAHLA MÜSAHİBƏ / FOTO
31 Yan 2018 12:05

- Mədə kiçiltmə əməliyyatı (qastroplastika) nədir?

- Mədə kiçiltmə əməliyyatı bariatrik cərrahiyyə bölümünə aid olan bir əməliyyat növüdür. Bariatrik cərahiyyə yunan sözüdür (Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə) deməkdir. Həddindən artıq kilolu insanın normal çəkiyə düşməsi üçün edilən cərahiyyənin son növüdür. Əslində Azərbaycanda yeni sahədir. Bu cərrahiyyə haqqında ilk məlumatlar 1954-cü ildə yazılıb. Dünya alimləri bu sahə üzrə geniş araşdırmalara başladılar və beləcə ilk metodikalar formalaşdı. 1967-ci ildə Mason Gastrik Bypass əməliyyatını tətbiq etdi. Bu əməliyyat bariatriya sahəsində, xüsusən Amerika başda olmaqla uzun müddət dünyada ən çox tətbiq olunan əməliyyat növüdür. İtalyalı cərrah Nicolas Scopinaro 1976 –ci ildə daha geniş mədə həcmi, amma incə bağırsaqda sorulmanın daha da zəifləməsini özündə birləşdirən Biliopankreatik Şuntlama (BPD) əməliyyatını icra etdi. Bu əməliyyatı daha sonralar 1993-94-cü illərdə Kremen Ru üsulu ilə Mədə şuntlanması metodu ilə təkmilləşdirdi. 2001-ci ildə əslən Kanadlı porfessor Misel Gagner sleevegastrektomi-mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əməliyyatını tətbiq edərək bu sahədə çox böyük inkişafa səbəb oldu.

Mədə kiçiltmə əməliyyatı ölkəmizdə 2013-cü ilin may ayından etibarən xaricdən cərrahlardəvət olunmadan yerli cərrahlarımız tərəfindən uğurla icra olunur. İlk dövrlərdə yəni yeni başladığımız illərdə (2013) cəmi 8 xəstəni əməliyyat etmişik. Hazırda, statistikalara nəzər yetirsək, il ərzində 300-400 xəstə bu əməliyyat üçün müraciət edir.

- Mədə necə kiçildilir?

- Mədənin böyük əyriliyi tərəfindən kiçik əyriliyinə paralel olaraq xüsusi kalibrasiya borusunun ətrafında boylama olaraq rezeksiya edilir və bu zaman diametri 11-15 mm civarında boru şəkilli bir mədə qalır. Nəticədə mədə daralmış olur.Geriyə qalan mədə həcmi 100-140ml olur. Mədənin böyük əyriliyi və fundal hissəsi çıxarıldığı üçün aclıq hissi hormonunun ifrazı azalır.

Günümüzdə mədə kiçiltmə əməliyyatları mütəşəkkil şəkildə həyatakeçirilir. Hazırda, laparasokopik qapalı üsulla, qarın boşluğunun ön səthindən kiçik dəliklər açmaqla mədəni kiçiltməyə nail oluruq.

- Kimlər mədə kiçiltmə əməliyyatı etdirə bilməz?

- Hər bir insanın bədən kütlə indeksi var. Kütlə indeksini hesablamaq üçün insan çəkisini bölməlidir boyunun kvadratından alınan rəqəmə. Əgər bədən kütlə indeksi 20-25-dirsə, insan normal çəkidədir. 25-30 olduğu halda artıq biz kökəlməyə başlayırıq, bədən kütlə indeksi 30-35 olarsa, 1-ci dərəcəli piylənmə baş verir, bu rəqəm 35- 40 arasındadırsa, idman dieta və s. aparılan arıqlama tədbirləri effekt vermirsə, həmçinin yanaşı gedən bir sıra xəstəliklər yaranırsa, indeks 40-ın üzərindədirsə, o zaman əməliyyat tövsiyə olunur.

Bizə müraciət edən pasiyentlərin öncə, bədən kütlə indeksi yoxlanılır. Biz baxırıq əgər həmin xəstənin kütlə indeksi 30-35 olarsa, biz o şəxsi əməliyyat etmirik. Birbaşa yönləndiririk, həkim dietoloq qəbuluna.

Mədə problemi olan xəstələr mədə kiçiltmə əməliyyatı etdirə bilməz. Öncə, mədədə hansı xəstəlik varsa, o aşkarlanmalı, müalicə edilməli, daha sonar yenidən yoxlanmalı, əks göstəriş yoxdursa, əməliyyata girmək olar. Müraciət edən bütün xəstələr qan, ürək-damar, hormonal testlərdən keçməlidir. Daha sonra biz qərar veririk ki, həmin xəstəni əməliyyat etmək olar ya yox.

Bu əməliyyat üçün yaş kriteriyası 18-60 yaş aralığıdır. Lakin həyati önəm daşıyan, hər hansı orqanın pozulması zamanı kriteriyanı pozuruq.

- Azərbaycanda daha çox qadınlar yoxsa kişilər bu əməliyyat üçün müraciət edir?

- Daha çox qadınlar müraciət edir. Kişilərimizdə komplekslər olur, onlar istəmirlər ki, kimsə onlara “əməliyyat olundu, arıqladı, iradəsiz adamdır” kimi ifadələr işlətsinlər. Apardığımız bütün maarifləndirmə tədbirləri ilə bu bariyerləri aşmışıq. Biz heç zaman gəlin əməliyyat edək demirik, biz deyirik sağlam qidalanın ki, əməliyyata gəlib çıxmayasınız.

- Əməliyyat etdiyiniz ən çəkili xəstə neçə kq olub?

- Son 5 ildə ən ağır çəkili kişi xəstəm 220 kq, ən ağır çəkili qadın xəstəm 213kq, ən azyaşlı xəstəm 15 yaşında gənc oğlan olub (132 kq). Kriteyalar çox önəmlidir.

- Həkim, piylənmənin səbəblərindən danışaq. Piylənmədən əziyyət çəkənlərin sayı durmadan artır. Xəstələr arasında uşaqlar da çoxluq təşkil edir. Buna səbəb nədir?

- Mən artıq 18 yaşından aşağı (15, 16, 17 yaş aralığı) 3 pasiyenti əməliyyat etmişəm. Ən sonuncu azyaşlı pasiyentim 132 kq çəkidə gənc oğlan idi. Bəli doğru qeyd etdiniz, piylənmə dövrün səssiz epidemiyasına çevrilib. Bütün dünya bu xəstəliklə mübarizə aparır. Baxın, xəstəlik ən çox ABŞ-da yayılıb. ABŞ əhalisinin 38 faizi piylənmədən əziyyət çəkir. Buna səbəb düzgün qidalanmamaq, yeyilən genetik kodeksi dəyişdirilmiş qidalar, fast foodlar, qazlı içkilər, soyuq çaylar və s-dır. Bu qidaların hər birinin tərkibində saflaşdırılmış şəkər var. Digər səbəb isə hərəkətsizlikdir. Texnologiya inkişaf etdiyi üçün hər şey əlimizin altındadır. Rahat olan insanın kalorini xərcləməyə yeri olmur, nəticədə yediklərimiz bədəndə yığılıb qalır.

Tailand, YaponiyaFransa, İtaliya isə piylənmə probleminin ən az rast gəlindiyi ölkələrdir. Çünki həmin ölkələrin əhalisi un, duz, şəkərdən tamamilə imtina ediblər. Bizim rasionumuzda isə demək olar ki, şəkərsiz, unsuz qidalar yoxdur.

- Biz unu, duzu, şəkəri qidalanmamızdan tamamilə çıxartmalıyıq?

- Düşünürəm ki, bəli biz bu qidalardan uzaq durmalıyıq. Şirniyyat əvəzinə qurudulmuş meyvələrdən istifadə etmək daha yaxşı olar. Çörəyi götürək. Çörəyin tərkibinə o qədər qatqılar əlavə olunur ki, bu da orqanizmə ziyandır. Hər şeyin normativini bilməliyik. Biz nəyi nə vaxt yeyəcəyimizi hələ dəqiq bilmirik. Səhər durub bir fincan çay içib işə gedirik, günorta işdə “fast food”qidalar yeyirik, axşam evə gedəndə isə ziyafət çəkirik. Bu belə olmamalıdır. Çünki axşam yediyiniz bir tikə ətin emal olunub onikibarmaq bağırsağa keçməsinə 6-8 saat vaxt lazımdır. Bu o deməkdir ki, biz yaxşı yatmırıq, orqanizmimiz, mədəaltı vəz, öd, qaraciyər, həzm sistemi və nəticədə beyin düzgün işləmir. Bu məsələlərə diqqət etməli, stabil yuxuya əməl etməliyik.

- Bəzi insanlar az yemək yeyirlərki, mədələri kiçilsin. Mədə öz-özünə kiçilər?

- Məntiqlə düzgün fikir deyil. Az yemək yeyən insanların bir müddət sonra az yemə vərdişləri psixoloji prosesdir, bunun mədənin kiçilməsi ilə bağlılığı yoxdur.

- Mədə kiçiltmə əməliyyatı nə qədər davam edir? Əməliyyatdan sonra hər hansı risk varmı?

- İlk əməliyyatlarımız 1 saat, 1 saat 30 dəqiqə, daha sonra 40 dəqiqə, axırıncı rekordumuz 17 dəqiqə sürən əməliyyat olub. Düzdür, bu hər pasiyent üçün keçərli deyil. Əməliyyatın müddəti üçün pasiyentin qaraciyəri, çəkisi, döşqəfəsi, qarın boşluğunun tipi çox önəm daşıyır. Elə pasiyentlər olur ki, əməliyyat 2 saat davam edir. Əlbəttə ki, 200 kiloluq adamı 30 dəqiqəyə əməliyyat edib bitirmək inanılmazdır.

Mədə kiçiltmə əməliyyatı 150-200 kq-lıq xəstələr üzərində aparıldığı üçün digər əməliyyatlara nəzərən narkoz riski daha çox olur. Buna görə də, xəstələr riski nəzərə alaraq əməliyyata hazırlaşmalıdırlar. Xəstələrin başqa heç bir spesifik ağırlaşma riski yoxdur.

- Əməliyyatdan sonra xəstə nə qədər müddətə sağalır? Qidalanmasında nələrə diqqət etməlidir?

- Əməliyyatdan bir gün sonra xəstə ayağa qaldırılır. Bu ağırlaşmaların qarşısını almaq üçün çox böyük önəm daşıyır. 160 kiloluq pasiyent daimi uzanıqlı vəziyyətdə qaldığı zaman onun ağciyərlərində, ürək-damar sistemində müəyyən problemlər yarana bilər. Buna görə pasiyenti qaldırıb gəzdiririk. 2-ci gün 48 saat ərzində ona xüsusi maye içiririk, rentgen müayinəsi edirik. Bundan sonra pasiyent qidalanmağa başlayır. Mədə kiçiltmə əməliyyatlarının özünün standartları var. Yaxın 2 həftə ərzində pasiyent maye qəbul edir. Meyvə şirələri, süd, ayran, çay, su içir. 2 həftədən sonra qidaların qatılığını artırırıq. Kiçik qurtumlarla, fasilələrlə gün ərzində xəstə maye qəbul edə bilər. Mannı sıyıqlar, düyü yarmasının sıyıqları, mərcimək şorbası və.s qidalar veririk. Ayranın içərisinə blenderdən keçirib göyərti əlavə edirik. 3-cü həftədən püre, içi boşalmış yumurta, banan əzməsi, 4-cü həftədən artıq milli yeməklərdən dolmanın içi, küftə yemək olar. Amma yenə biz xəstələrə deyirik ki, kiçik udumlarla çox çeynəyərək qidanı qəbul etməlisiniz. 5-ci həftədə isə pasiyent əvvəl nə yeyirdisə, o yeməklərdən rahatlıqla yeyə bilir. 5 həftədən sonra isə yeməklərə qadağa qoymuruq. Ancaq pasiyentlərə tövsiyə edirik ki, qazlı içkilər, hazır qidalardan uzaq dursunlar. 10-18 ay ərzində aparılan əməliyyatın növündən asılı olaraq arıqlama baş verir.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.