Yeni turizm növləri inkişaf etdirilir

Yeni turizm növləri inkişaf etdirilir
08 Yan 2018 14:50

Realpress.az bildirir ki, bunu "Azernews"a müsahibəsində Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

O qeyd edib:

"Yeni turizm növləri inkişaf etdirilir. Bunlardan ən əsası dağ turizmidir. Qusarda yerləşən Şahdağda və Qəbələdəki Tufandağda.

Sağlamlıq və Termal Turism Assossiyasiyası yaradılıb. Bu assossiyasiya Azərbaycanda turizmin inkişafı üçün çox işlər görüb. Bu, həm Naxçıvanda duz dağ, həm Naftalanda həm Qalaaltıda turizmin inkişaf etdirilməsi üçün çox işlər görmüşdür.

Azərbaycana daha çox turist cəlb etmək üçün bildiyiniz kimi ASAN visa sistemi tətbiq olunub. Əsasəndə Asiya olkələri üçün nəzərdə tutulurI Yaponiya, Singapur, Malaziya.

Turizm inkişafı üçün müxtəlif proqramlar tətbiq olunur. Bu proqramlardan biri də Böyük ipək yolu proqramıdır. Bu proqram gələcək illərdə ölkədəki turizm inkişafının təkanına imkan yaradır.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu açılıb. Bu da qatar turizminin inkişafı üçün böyük bir addımdır. Çünki gələcəkdə qatar turizminin inkişafında nəinki Bakı-Tbilisi-Qars eyni zamanda Bakı-Astara da mühim yol oynayacaqdır. Qatar turizminin inkişafı Azərbaycanda kütləvi turizm üçün yeni zəmin yaradır.

Həm də dövlət tərəfindəndə gözəl turizm infrastrukturtu yaradılıb. İllər əvvəl rayonlara getmək çətin idi. İndi isə rayonlarda həm elektrik enerjisi həm su kəmərləri, həm yollar... Turizmin inkişafı üçün infrastruktur mühüm rol oynayır.

Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Son illərdə Azərbaycana gəlmə turizmi inkişaf edir. Bildiyiniz kimi 90cı illərdə Azərbaycandan getmə turizmi inkişaf edirdi. 2000-ci ilin əvvələrindən isə gəlmə turizmi və daxili turizm inkişaf edir.

Qeyd edim ki gəlmə və daxili turizm iqsitasiyyatda mühüm rol oynayır. Gələnlər valyutanı azərbaycanda saxlayır. Yeni iş yerləri açılır.

Turistlərin gəlib getmək sayına təsir edən əsas amil Azərbaycanın sabit bir ölkə olmasıdır. İkinci amil Azərbaycan xalqının tolerant və çox qonaqpərvər olmasıdır - bunu bütün turstlər deyir. Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır.

Dəniz turizmini də inkişaf etdirmək istəyirik. Dövlətin turizmə göstərdiyi yardım, sadələşdirilmiş vizanın tədbiq olması ölkəyə çoxlu turist cəlb edir.

Turistlər daha çox absheron yarımadası və bakı şəhərini gəzməyə üstünlük verirlər. Şimal qərb regionu - Şamaxı, Qəbələ, Şəki zonası. Şimal şərq regionu - Quba Qusar Xaçmaz, Cənub zonası - Lənkəran Masallı Lerik. Çünkü bu zonalarda gözəl turizm infrastrukturu yaradılıb, gözəl otellər fəaliyyət göstərir və bu otellər qonaqları yüksək səviyyədə qəbul etməyə hazırdılar.

Azərbaycana gələn turistlər əsasən mədəni istirahət növünü seçirlər. Onlar tarixi abidələr ilə tanış olurlar, ekskursiyalara gedirlər, sonra istirahətə üstünlük verirlər. Onlar sağlamlıqlarını bərpa etmək üçün Azərbaycana gəəlirlər. Xüsusən də Rusiya və Qazaxıstandan gələn turistlər Naftalana, Naxçıvandaki Duz dağa getməyə üstünlük verirlər.

Gələcək illərdə turist sayında artım gözlənilir. 1700dən artıq turizm şirkəti fəaliyyət göstərir. Lisenziyaların ləğvi münbit şərait yaradıb turizm şirkətlərinin inkişafı üçün, yeni otellərin tikilməsi planlaşdırılır. Xusüsən də büdcə tellərin 1,2,3 ulduzlu otellərin tikilməsinə start verilir.

Sayım artımına sıbıb olan digər amil isə bizim hər il çox miqdarda beynəlxalq tədbirlər keçirməyimizdir. Avropa oyunları, İslam Həmrəylik oyunları, Eurovision. Futbol yarışları. Və bu tədbirlər yenə davam edəcək. Bu tədbirlər nəinki Bakıda həm də digər rayonlardada keçirilir. Bundan əlavə festivallar keçirilir. Azərbaycan Turizm Assossiyasiyası turizm yarmarkaları təşkil etmək istəyir.

Turizm elə bir sahədir ki ondan nəqədər çox istfadə etsən oqədər varlanırsan.

Azərbaycana gələn tustlərə məsləhətim o olardı ki, ilk növbədə Bakı şəhərinin tarixi abidələri ilə, İçərişəhər ilə tanış olsunlar. Bundan əlavə bizim regionlara da üz tutmalıdırlar. Azərbaycan elə bir ölkədir ki onun gözəl abidələri, muzeyləri var. Məsələn İncəsənət muzeyi, Xalça muzeyi, Tarix muzeyi, Ədəbiyyat muzeylərinə tövsiyyə edərdim ki gedib baxsınlar və beləcə onlar azərbaycanın tarixi, ənənələri, və azərbaycan xalqı haqqda geniş məlumat almış olacaqlar.

Abşeron yarımadasını gəzsinlər. Ramana qalasını, Mərdəkan qalasını, Bakı qalalarına baxsınlar. Regionları gəzməknən ölkənin gözəl təbiəti ilə tanış olsunlar. Mütləq azərbaycan mətbəxini dadsınlar. Cünkü Az. mətbəxi ləzzətli, təamlı, dadlıdı. İnsan adını çəkəndə artıq acıyır. Əgər Azərbaycan mətbəxi deyiriksə gözümüzü3n qabağına küftə-bozbash, piti, plovlar, yarpaq dolması, dolmanın digər növləri, çay dəstgahları, şirniyyatlar, ölkənin gözəl milli şərabları,

Turizm elə bir sahədir ki bir yerdə addımlamaq olmaz. Hər bir sahədə olduğu kimi turizmdə də gərək qabağa irəliyə baxasan, proqnozlaşdırasan, yeni turizm məkanları yaradasan. Bizim gözəl yardımlı rayonu var. Lerikin turizm potensialından hələ çox istifadə etməmişik. Elə gözəl təbətli rayonlarımız var ki, Zaqatala, Balakən, Qax - çox gözəl rayonlardı. Bu rayonlarda qış turizmini gözəl inkişaf etdirmək olar. Oranın həm yayı gözəldir hə də qışı.

Eyni zamanda bizim gözəl qədim şəhərlərimiz Bərdə, Gəncə kimi şəhərlərə yeni turistik marşrutlar tərtib edilməlidir. Bayaq da qeyd etdiyim kimi turizm elə bir sahədir ki biz yeni proqramlar tərtib etməliyik və hətta hər bir olkədən gələn turistlər üçün xususi proqramlar yaratmalıyıq. Bu ona görə lazımdır ki Rusiyada gələn turistin bir cür psixologiyası var, Yaponiyadan gələn və ya Avropadan gələn turistin başqa cür. Buna görə də turizm şirkətləri çevik olmalıdırlar ki hər bir ölkədən gələn turistlər üçün proqramlar, marşrutlar tərtib etsinlər. Onlar bilməlidir ki turist nəyi görmək istəyir. Turizmin inkişafı üçün dəniz turizmini inkişaf etdirmək lazımdır. Qastronomikç mətbəx turizmini inkişaf etdirmək lazımdır.

Azərbaycanın özü, təbiəti əsrarəngizdir. Azərbaycanın turizm potensialı tükənməzdir. Bizdə həm meşələr, dağlar, çaylar, dənizlər, insanların qonaqpərvərliyi, tolerantlıq, mətbəximiz, 9 iqlim qurşağımız, sabitliyimiz bunlar hamısı turistləri cəlb edən amillərdir.

Bir o qalır ki, bizim turizm şirkətləri əl qollarını çırmalasın və işləsinlər.

Azərbaycana aid suvenirlər çox olmalıdır".


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.