Rusiyalı turistlər Azərbaycana gəmi ilə gələcəklər

Rusiyalı turistlər Azərbaycana gəmi ilə gələcəklər
28 Dek 2017 14:04


“Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

realpress.az QSC-yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.

Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan, dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

Məlum olub ki, bu layihənin gerçəkləşməsi dəniz nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək, ölkələrin turizm potensialından istifadə üçün geniş imkanlar yaradacaq.

Müzakirələr zamanı qeyd edilib ki, bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

Danışıqların yekununda K.Anisimov və R.Vəliyev əməkdaşlığa dair birgə memorandum imzalayıblar. Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək.

Həmin gəmi 310 sərnişin tutumuna və yüksək rahatlığa malik olacaq. Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, çimərlik hovuzu, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək.  Uzunluğu 141, eni 16.82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.