Əbülfəs Qarayev: "Azərbaycanda hotel qiymətləri digər ölkələrlə müqayisədə baha deyil"

Əbülfəs Qarayev: "Azərbaycanda hotel qiymətləri digər ölkələrlə müqayisədə baha deyil"
27 Dek 2017 14:48

Realpress.az Trend-ə istinadən məlumat verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev deyib ki, beynəlxalq təcrübəyə əsasən də bazar günləri və bayram günləri ərəfəsində hotellərdəki qiymətlərdə müəyyən qədər artımlar olur:

“Amma bu o demək deyil ki, bizdəki qiymətlər digər ölkələrlə müqayisədə bahadır. Bu gün Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olub. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində isə 1000 manatdan yüksəkdir. Yəni hər bir kəs öz cibinə uyğun seçim edə bilər. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti artıq bayramları ölkəmizdə keçirməyə qərar verib.

Nazir əlavə edib ki, gələcəkdə ölkədə hotel yerlərinin artırılması üçün işlər davam etdiriləcək: “Bugünkü tələbat özü bunu diqtə edir ki, Azərbaycanda turizm infrastrukturu genişləndirilsin və yeni hotellər tikilsin. Bizə məlumatlar daxil olub ki, bəzi yerlərdə hotellərdə yerlər dolub, insanlar yer axtarır”.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.