Şəkər xəstələrinə pəhriz tövsiyələri

Şəkər xəstələrinə pəhriz tövsiyələri
03 Dek 2016 12:18

Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Bundan əlavə, qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30qr abqora içsələr, onların şəkəri aşağı düşər.

Çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək də məsləhət görülür.

Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.

Susuzluq aradan qaldırmanın yolu

REALPRESS.Az deyerler.org-a istinadən bildirir ki, diabet xəstəliklərinin əsas problemi susuzluqdur. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib istifadə etmək də faydalıdır. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq üçün istifadə etmək məsləhət görülür.

Meyvələrdən hansılar suszluğu yatırdır?

Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluğu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya naringidən hazırlanmış çox şirin olmayan şərbətdir.

Sınanmış və özünü doğrultmuş içəcəklərdən biri də ayrandır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.