Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 6-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Yolların buz bağlama ehtimalı var.
2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.