Yəhudi alimlər xərçəngin müalicəsini tapdı

Yəhudi alimlər xərçəngin müalicəsini tapdı
06 Dek 2016 10:58

İsrailin biotexnika şirkəti xərçəng xəstələri üçün terapevtik vaksin hazırlayıb.

Bu vaksin xəstəliyin residivi (təkrar ağırlaşması) hallarının təxminən 90 faizi qarşısını ala bilər.

Vaksinlər hazırda İsrailin Qüds şəhərindəki "Haddasa" xəstəxanasında kliniki sınaqdan keçirilir. Lakin həkimlər artıq 2017-ci ildə vaksinlərin nəinki onkoloji xəstəliklərin müalicəsində, həm də xərçəngin yaranmasının qarşısını almaq üçün tətbiq oluna biləcəyini söyləyib.

Vaksinlər qan xərçənginin müalicəsi, daha dəqiq desək, bir çoxsaylı mielomalar üçün nəzərdə tutulub . Əgər preparat gözlənildiyi kimi təsir göstərərsə, onda o, bütün xərçəng növlərinin 90 faizinə tətbiq edilə bilər. Buraya prostat və süd vəzisi, o cümlədən ağır və yüngül şişlər də daxildir.

Xərçəng xəstəliyi zamanı orqanizm nəyinsə qaydasında getmədiyini bilir, lakin immun sistemi virus və infeksiyalarda göstərdiyi müqaviməti burada tətbiq edə, necə reaksiya göstərmək lazım olduğunu və ümumiyyətlə mübarizə yollarını bilmir. Bu isə ona görə baş verir ki, xərçəng hüceyrələri orqanizmin düzgün inkişaf etməyən öz hüceyrələridir. Bununla yanaşı, xərçəng xəstəliyinin müalicəsində xəstənin immun sistemi çox sarsılır.

Vaksinin təsirinin əsas ideyası immun sistemini yaranmış təhlükəyə qarşı aktivləşdirməkdən ibarətdir. Ənənəvi vaksin immun sistemini bakteriyalar və viruslar kimi "yabançı işğalçılardan" qorunmağa kömək edir. Və onu bu xəstəliyə tutulmayan insanlara tətbiq edirlər. Terapevtik vaksin isə xərçəng xəstələrinə verilir və dərman təsir göstərir.

Yeni vaksin immun sistemini aktivləşdirmək yolu ilə fəaliyyət göstərir və bir qayda olaraq yalnız xərçəng hüceyrələrində rast gəlinən MUC1 molekullarını məhv edir. Qeyd edək ki, 90 faizdən çox yayılmış xərçəng şişlərinsə: bir çox yüngül şişlər, limfoma, leykemiya, eləcə də mieloma şişlərində MUC1 molekulu var.

Xərçəngin gecikmiş mərhələlərində əvvəlki kimi kimyəvi terapiya və şişin ölçüsündən asılı olaraq cərrahiyyə əməliyyatı tələb oluna bilər, lakin xərçəng şişinin həcmi kiçikdirsə, onda orqanizm onunla mübarizə aparmaq imkanına malik olacaq. Bu hallarda vaksin xəstəliyin yenidən ağırlaşamasının qarşısını almaq üçün uzunmüddətli yanaşma kimi baxılır./publika.az


25 May 2019
Səhiyyə - Sağlamlıq

Yayda nanə çayı için – Qadın xəstəliklərini sağaldır

İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı – nanə çayı için.

23 May 2019
Səhiyyə - Sağlamlıq

Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib.

22 May 2019
Səhiyyə - Sağlamlıq

Qadınlar bu gigiyena vasitələrindən imtina etməlidir

London imperator kolecinin alimləri sübut edir ki, qadınlar qadin intim gigiyena vasitələrindən imtina etməlidir. Söhbət bu bölgələr üçün nəzərdə tutulmuş sabun və gellərdən gedir.

17 May 2019
Səhiyyə - Sağlamlıq

17 May Hipertoniya ilə Ümumdünya Mübarizə günü

2006-cı ildə 17 may günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən arterial hipertoniya ilə mübarizə günü elan edilmişdir və bütün dünyada qeyd edilir.