Yaxın gələcəyin 10 texnoloji yeniliyi

Yaxın gələcəyin 10 texnoloji yeniliyi
06 Dek 2016 17:20

“Global Agenda Council” Ümumdünya İqtisadi Forumu yüksək texnologiyalar sahəsində çalışan 800 mütəxəssis arasında sorğu keçirib və 2023-cü ilədək baş verəcək dəyişiklikləri proqnozlaşdırıb.

2018-ci ildə istifadəçilərin 90%-i limitsiz məlumat saxlama sisteminə malik olacaq

Gələcəkdə diskdə boş yer üçün faylları silməyə ehtiyac olmayacaq. Artıq indi “Google” şirkəti qeyri-məhdud miqdarda sıxılmış video və foto saxlamağa imkan verir. Yaxud ildə 60 dollar ödəməklə “Amazon” şirkətinin serverlərində limitsiz tutumda faylları saxlamaq mümkündür.

Oxu.Az-ın məlumatına görə, “ICTnews” Elektron Xəbər Xidməti Rusiya mətbuatına istinadən yazır ki, buna səbəb sərt disklərdə 1 QB yaddaşın dəyərinin azalmasıdır. 

Şirkətin limitsiz “bulud” saxlanc sisteminin əvəzində reklama baxmaq və ya abunə üzrə pul ödəmək təklif ediləcək.

2021-ci ildə ilk avtomatlaşdırılmış əczaçı istifadəyə veriləcək

Robotlar istehsal sənayesində insanları aktiv əvəz edirlər. Vaxt keçdikcə robotlar xidməti personalı, satıcıları əvəz edəcək. Mütəxəssislərin proqnozuna görə, 2021-ci ildə avtomatlaşdırılmış əczaçı istifadəyə veriləcək.

 2022-ci ildə internetə 1 trilyon sensor qoşulacaq

Hər gün “ağıllı” datçik və sensorların dəyəri azalır. Mütəxəssislər hesab edirlər ki, tezliklə geyimlər internetə “daxil olacaq”. Vahid şəbəkə sisteminə qoşulmuş kiçik qurğular ətraf mühiti (temperatur, atmosfer təzyiqi, havanın çirklənməsi və sairə) tamamilə öyrənməyə imkan verəcək.

2022-ci ildə “3D” printerdə ilk avtomobil çap ediləcək

“3D” çap texnologiyası inkişaf edir: çap üçün yeni qurğular və materiallar meydana çıxır. “Audi” şirkəti artıq additiv proseslərdən istifadəyə əsaslanan avtomobil konseptini nümayiş etdirib. 2022-ci ildə ilk belə avtomobil satışa çıxarılacaq.

2023-cü ildə eynəklərin 10%-i internetə qoşulacaq

Respondentlər hesab edirlər ki, 5 il sonra eynəklər yeni funksiya ilə təchiz ediləcək: artırılmış və virtual reallıqla işləmək üçün internet tətbiqlərə giriş əldə edəcək. Gözlərin izlənilməsi sistemi istifadəyə veriləcək: interfeysin idarəsində əllərdən istifadə edilməyəcək.
 
2023-cü ildə istifadəçilərin 90%-i cib superkompüterinə malik olacaq

İnsanlar fərdi kompüterlə müqayisədə smartfondan daha çox istifadə edirlər. Mobil internet trafiki artıq öz həcminə görə kompüter trafikini ötüb. 2023-cü ilə mobil qurğuların məhsuldarlığı müasir superkompüterlərin səviyyəsinə yaxınlaşacaq. İnsanların 90%-i smartfonlar vasitəsilə internetə qoşulacaq.

2024-cü ildə “3D” printerdə çap edilmiş ilk qaraciyər köçürülməsi həyata keçiriləcək

“3D” printerlər sümük və orqan implantatlarının yaradılmasında istifadə edilir. Həkimlər artıq döş qəfəsi hissəsi və başqa sümüklərin köçürülməsi üzrə əməliyyat keçiriblər. 

2024-cü ilə bioçap texnologiyası elə bir səviyyəyə çatacaq ki, “3D” printerlərdə süni qaraciyər və başqa həyati əhəmiyyətli orqanlar yaradılacaq.
 
2025-ci il - telefon-implantat satışa çıxacaq

Rəyi soruşulmuş mütəxəssislərin 80%-i proqnozlaşdırıb ki, yaxın 7 ildə ilk implantasiya edilən mobil telefon çıxarılacaq. Qurğu insanın sağlamlıq göstəricilərini daha dəqiq izləyə biləcək. Eyni zamanda istifadəçilər bir-biri ilə səs və ya düşüncənin gücü ilə ünsiyyət saxlayacaqlar.

2025-ci ildə avtomobillərin icarəsi xidmətləri şəxsi nəqliyyatdan daha populyar olacaq

Mütəxəssislərin 67%-i gələcəkdə avtomobillərin icarəsi xidmətlərinin daha da populyarlaşacağını proqnozlaşdırırlar. Artıq 2025-ci ildə dünyada kirayələnmiş avtomobillərdən daha çox istifadə ediləcək və şəxsi nəqliyyatın istismarı bahalaşacaq.
 
2026-cı ildə Direktorlar Şurasında ilk süni intellekt

Süni intellekt bir çox prosesləri (təhlil, informasiyanın emalı, analitik) avtomatlaşdırmağa imkan verir. Proqram, həmçinin şirkətin əvvəlki təcrübəsinə əsaslanaraq qərarlar qəbul edəcək. Bu, vacib məsələlərin həllində emosiyaların təsir səviyyəsini azaltmağa imkan verəcək.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.