YAP Binəqədi rayon təşkilatında Referendum üzrə təşəbbüs qrupu yaradıldı

YAP Binəqədi rayon təşkilatında Referendum üzrə təşəbbüs qrupu yaradıldı
01 2016 16:55


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı yığıncaq keçirildi. Yığıncaqda Binəqədi rayonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması müzakirə olundu.
Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün mühüm əhəmiyyətindən danışaraq bildirdi. 
Yığıncaqda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verdi. 
Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında ölkə Prezidenti İlham Əliyev tərəfindən konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin müasir dövrün tələblərdən irəli gəldiyini bildirdi.
 Yığıncaqda YAP Binəqədi rayon təşkilatının Referendum üzrə ilkin təşəbbüs qrupuna 72 nəfərdən ibarət üzv və YAP-ın Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupuna təmsilçilik normaları nəzərə alınmaqla 7 nəfərdən ibarət heyət seçildi.
Yığıncağın sonunda YAP Binəqədi rayon təşkilatının şura üzvləri Rəfiqə Budaqova və Gülnarə Həşimova rayon təşkilatının fəaliyyətində fəal iştiraklarına və 70 illik yubileyləri münasibətilə Fəxri Fərmanla təltif edildilər.

Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis




19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.