Xırdalanda parkda qadın kişini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT

Xırdalanda parkda qadın kişini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
08 2019 12:49

Qəsdən adam öldürməkdə təqsirli bilinən Qasımova Günel Eldar qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Realpress.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 18-də hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. 

Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə iş açılıb


14 İyun 2019
Kriminal

Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO

Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

13 İyun 2019
Kriminal

İqbal Ağazadənin qohumunun meyiti tapıldı

Bakıda Ümid Partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb.