Xərçəng hansı orqanda necə ağrı verir?

Xərçəng hansı orqanda necə ağrı verir?
06 Dek 2016 08:59

Qarında şiddətli və burulma tərzində ağrı mədə xərçənginin əlaməti ola bilər. Bütün qarında ağrı isə bağırsaq xərçənginə işarə edə bilər. Sağ qabırğa qövsünün altında yaranıb, sağ çiyinə yayılan ağrı isə qaraciyər xərçəngi riskindən xəbər verə bilər. 
 
Xərçəng xəstəliyi olan xəstələrində ağrı mühüm bir problem kimi görünür. Ancaq ağrının çox şiddətli olması hər zaman xərçəng ehtimalı olması mənasına gəlmir. Türkiyəli professor bildirib ki, "Necə ki, böyrək daşı çox şiddətli ağrıya yol açmasına baxmayaraq əhəmiyyətli görülmürsə, xərçəngdə də eyni vəziyyət var" deyir. Bu səbəbdən hər ağır xəstənin xərçəng olduğunu düşünmək olmaz. 
 
Xərçəng ağrıları adətən xəstəliyin erkən dövrlərində meydana çıxmadığı üçün gec dövrlərin tapıntısı kimi qiymətləndirilir. Bu səbəbdən xəstələrin internet kimi media orqanlarından izləyib oxuduqları məlumatlarla özlərinə xərçəng diaqnozu qoymaları son dərəcə yanlışdır. 
Karnınız ağrıyorsa dikkat! 9.resim
 
Mütəxəssislər bildirir ki, xroniki ağrıların ən çox rast gəlinən səbəbi sümüklərin xərçəng hüceyrələri tərəfindən işğal olunmasıdır. Adətən döş, prostat, tiroit, ağ ciyər və böyrək şişlərinin ağrıları davamlı olub, gecələr daha da sürətlə artır. Bu zaman xəstələr küt, sızlayan və ya dərin, bıçaq sancması, batması tipli ağrılardan şikayətlənir. Əzələyə bağlı olaraq qısalma, çəkilmə tərzində ağrılar da ortaya çıxa bilər. 
Sinir toxumalarının xərçəng xəstəlikli hüceyrələri tərəfindən istilası nəticəsində ortaya çıxan bu tip ağrıların müalicəsi olduqca çətin olur. Bu ağrılar daimi, yanıcı və ya fasiləli bıçaq sancması şəklində hiss olunur. Ağrıyan nayihədə qıcolma, qarışqa kimi gəzmə, tikan kimi batma, əzələ gücü itkisi kimi əlamətlər meydana çıxır.
 
Onurğa beynin zədələnməsi nəticəsində əllərdə və ayaqlarda zəiflik, iflic, sidik və ya ifrazatı saxlaya bilməmək kimi şikayətlər də müşahidə edilə bilər. Mədə, bağırsaq kimi içi boş orqanların və ya qaraciyər, öd yollarının xərçəng xəstəlikli hüceyrələrlə tıxanması nəticəsində çox şiddətli ağrılar ortaya çıxır. 
Türkiyəli həkimlər xərçəng xəstələrinə məsləhət görür ki, bu ağrıları azaltmaq üçün morfi və ona bənzəri dərmanlardan istifadə etmək lazımdır. Qeyd edirlər ki, bu ağrıkəsicilərə vərdiş etməkdən qorxmaq lazım deyil, çünki bu dərmanların asılılıq riski çox aşağıdır. Dünya Səhiyyə Təşkilatının apardığı bir təcrübədə 40 min xərçəng xəstəsinin yalnız 4-də asılılıq yarandığı görülüb. Son illərdə təkmilləşdirilən dərmanların ağrı zamanı çox uğurlu nəticələr verdiyi qeyd olunur. 
Qida borusu keçməzliyi: Sinənin orta bölgəsində və mədədə şiddətli ağrı.
 
Mədə xərçənginin ağrısı: Mədənin şişdən zəifləməsi nəticəsində qarında çox şiddətli və burulma tərzində ağrı.
Karnınız ağrıyorsa dikkat! 7.resim
 
Qaraciyər ağrısı: Qaraciyər qılafının şişlə örtülməsi nəticəsində küt, sızlayan, sağ qabırğa qövmünün altında yaranıb, sağ çiyinə yayılan ağrı müşahidə olunur.
 
Mədəaltı vəzin xərçənginin ağrısı: Qarının üst nahiyəsində yayılan çox şiddətli ağrı.
 
Bağırsaq xərçəngi ağrısı: Bütün qarında yayılan, düz bağırsaq xərçəngində isə daima tənəffüsün ləngiməsi ilə birlikdə müşahidə olub, belə yayılan ağrı.
 
 Karnınız ağrıyorsa dikkat! 15.resim

12 İyul 2019
Səhiyyə - Sağlamlıq

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.

11 İyul 2019
Səhiyyə - Sağlamlıq

Böyrək daşlarını tökən 3 TƏBİİ RESEPT

Boyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

10 İyul 2019
Səhiyyə - Sağlamlıq

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Süd vəzi xərçəngi qadınlar arasında rast gəlinən bədxassəli şişlər arasında birinci yeri tutur. ÜST  statistikasına görə, hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi  qeydə alınır.

9 İyul 2019
Səhiyyə - Sağlamlıq

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağının adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.